Azərbaycanın xoş və firavan gələcəyi naminə… -YUNUS OĞUZDAN TƏBRİK
SİZİ aprelin 11-də ölkədə keçirilən prezident seçkilərində inamlı və möhtəşəm qələbə qazanmağınız münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
19 Aprel 2018 14:28 SiyasətMöhtərəm Prezident, Cənab İlham Əliyev!
SİZİ aprelin 11-də ölkədə keçirilən prezident seçkilərində inamlı və möhtəşəm qələbə qazanmağınız münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Cənab Prezident!
SİZİN ötən 15 ildəki uğurlu fəaliyyətiniz, xalqın rifah halnın yaxşılaşdırılması istiqamətində atdığınız məqsədyönlü addımlar, ən əsası əldə edilən uğurlu nəticələr bizdə bir daha əminlik hissi yaradır və qətiyyətlə inanırıq ki, qarşıdakı 7 il də yalnız uğurlar və dinamik inkişafla yadda qalacaq. Elə Azərbaycan xalqının aprelin 11-də doğru-düzgün seçim etməsinin arxasında məhz bu amil, SİZİN ötən 15 il ərzində Azərbaycan xalqı, Azərbaycan dövləti naminə atdığınız addımlar, gördüyünüz işlər dayanırdı.
SİZİN 15 illik prezidentlik dövründə Azərbaycan bütün sahələrdə inkişafını təmin etdi, öz yolunu müəyyənləşdirdi. Bu yol müstəqil Azərbaycanıın beynəlxalq aləmdəki mövqelərini möhkəmləndirdi, onu regionun liderinə çevirdi.
SİZİN müəyyənləşdirdiyiniz yol və atdığınız addımlar, həyata keçirdiyiniz tədbirlər Azərbaycan insanının sosial rifah halını daha da gücləndirdi, onun yaşayış səviyyəsini möhkəmləndirdi.
Ən əsası SİZİN uğurlu fəaliyyətiniz Azərbaycanı sabitlik adasına çevirdi ki, bu gün əksəriyyət buna həsəd aparır. Buna nail olmaq isə o qədər də çətin deyil. Sadəcə xalqla bir olmaq, hər bir vətəndaşın prezidentinə çevrilmək yetər ki, ölkə təlatümlərdən, xaos, anarxiyadan uzaq olsun. Cənab Prezident, məhz SİZ bunu bacardınız və ötən 15 il ərzində hər bir azərbaycanlının prezidenti oldunuz. Elə aprelin 11-də SİZƏ olan xalq dəstəyi də bundan qaynaqlanırdı.
Möhtərəm Prezident!
SİZİN 15 illik prezidentlik fəaliyyətiniz çalışdığımız media sahəsi üçün də uğurlu oldu. Ümummilli lider Heydər Əliyevin yolunu davam etdirərək mətbuata göstərdiyiniz dəstək, yüzlərlə jurnalist ailəsini sevindirərək sosial-mənzil şəraiti yaxşı olmayan həmkarlarımızı mənzillə təmin etməyiniz çoxminli KİV ailəsinin birmənalı olaraq SİZƏ dəstək verməsini şərtləndirdi.
Cənab Prezident!
Bir daha SİZİ bu ali vəzifəyə seçilməniz münasibətilə təbrik edir, Azərbaycanın xoş və firəvan gələcəyi naminə SİZƏ qarşıdakı illərdə uğurlar arzulayıram.
Hörmətlə Yunus Oğuz,
yazıçı-publisist,
"Olaylar" İnformasiya Agentliyi və "Olaylar" qəzetinin rəhbəri