Qırğızıstan hökuməti istefaya göndərildi

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov respublikanın Nazirlər Kabinetinə Parlamentin etimad göstərməməsini nəzərə alaraq hökumətin istefaya göndərilməsi barədə sərəncam imzalayıb.

Qırğızıstan prezidenti Sooronbay Jeenbekov respublikanın Nazirlər Kabinetinə Parlamentin etimad göstərməməsini nəzərə alaraq hökumətin istefaya göndərilməsi barədə sərəncam imzalayıb.

Daha öncə Qırğızıstan Parlamentinin deputatları baş nazir Sapar İsakovun rəhbərliyi altında Nazirlər Kabinetinə etimadsızlıq ifadə edən sənədin lehinə səs veriblər.

Qərarı 101 deputat dəstəkləyib, 5 nəfər əleyhinə səs verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31