Azərbaycanı yeni-yeni uğurlar gözləyir
Azərbaycan bu günlərdə mühüm bir siyasi məhələni arxada qoydu. Ölkə vətəndaşları aprelin 11-də azad və demokratik şəkildə seçimlərini edərək növbəti 7 il müddətinə öz prezidentini seçdilər. Hələ seçkilərə rəsmi start verilmədən, eləcə də seçki mərhələsi dövründə ehtimal olunurdu və qəti şəkildə əminlik vardı ki, bu dəfəki seçkilərin də qalibi məhz Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyev olacaq. Və ehtimallar, gözləntilər də özünü doğrultdu. Aprelin 11-də seçki mənətəqlərinə üz tutan Azərbaycan seçicilərinin 86 faizdən çoxu İlham Əliyevə səs verərək onu növbəti dəfə dövlət başçısı seçdilər. Bununla da xalq 15 il əvvəl başlanan inkişafa, təriqqiyə davam demiş oldu.
19 Aprel 2018 14:44 SiyasətQarşıdakı 7 ildə bütün bunların əyani şahidinə çevriləcəyik
Azərbaycan bu günlərdə mühüm bir siyasi məhələni arxada qoydu. Ölkə vətəndaşları aprelin 11-də azad və demokratik şəkildə seçimlərini edərək növbəti 7 il müddətinə öz prezidentini seçdilər. Hələ seçkilərə rəsmi start verilmədən, eləcə də seçki mərhələsi dövründə ehtimal olunurdu və qəti şəkildə əminlik vardı ki, bu dəfəki seçkilərin də qalibi məhz Yeni Azərbaycan Partiyasının namizədi Cənab İlham Əliyev olacaq. Və ehtimallar, gözləntilər də özünü doğrultdu. Aprelin 11-də seçki mənətəqlərinə üz tutan Azərbaycan seçicilərinin 86 faizdən çoxu İlham Əliyevə səs verərək onu növbəti dəfə dövlət başçısı seçdilər. Bununla da xalq 15 il əvvəl başlanan inkişafa, təriqqiyə davam demiş oldu.
Aprelin 18-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirldi. Dövlət başçısı andiçmə mərasimində geniş nitq söyləyərək qarşıda duran vəzifələr hədəflər barədə ölkə vətəndaşlarını məlumatlandırdı. Azərbaycan Prezidentinin andiçmə mərasimi zamanı diqqət çəkdiyi məqamlara toxunan millət vəkili Sahib Alıyev qeyd edib ki, dövlət başçısı andiçmə mərasimi zamanı etdiyi proqram xarakretli nitqindən bir sıra nəticələr çıxarmaq olar. Onun sözlərinə görə. ən birinci məqam Prezidentin hər zaman xüsusi diqqət yetirdiyi Dağlıq Qarabağ problemi idi: "Gəldiyim nəticə budur ki, onun həlli yönündə atacağımız addımlar yenə də hibrid xarakteri daşıyacaq. Yəni torpaqlarımızın azad olunması üçün siyasi, iqtisadi, diplomatik, informasiya, psixoloji və təbii ki, hərbi müstəvidə gərəkən nə varsa ediləcək. Bununla yanaşı cənab Prezidentin Ermənistanın özünün belə azərbaycanlıarın torpağında yaradıldığını növbəti dəfə vurğulaması bir daha təsdiqlədi ki, onun bu haqda fikirləri nə haylara özlərini yığışdırmaları üçün xəbərdarlıqdır, nə də qulağa xoş gəlmək üçündür. O, ötən əsrin 90-cı illərində işğal olunan Azərbaycan torpaqlarının son qarışınadək qaytarılımasını real saydığı və buna çalışdığı kimi, indi Ermənistan adlanan yurd-yerlərimizdən qovulan azərbaycanlıların ora qayıtmalarını da real sayır, onun üçün də nə lazımdırsa edir və edəcək. İkinci gəldiyim nəticə budur ki, ölkədə- iqtisadiyyatda, sosial sahədə, özəlliklə də idarəetmədə islahatların dərinləşdirilməsi sistemli xarakter alır və bununla bağlı yaxın gələcəkdə biz xeyli yeniliklər görəcəyik. Bu yerdə, cənab İlham Əliyevin prezidentliyə digər namizədlərin qaldırdıqları məsələlərə diqqətlə baxılacağını, səsləndirilən dəyərli təkliflərin nəzərə alınacağını bildirməsi, məncə, az şey demir.
İstehsalatda elm tutumlu müəssisələrə diqqət artırılacaq, bir sıra neft-qaz anlaşmalarının reallaşdırılmasına başlanacaq, yeni yataqlar üzərində işləniləcək. Xarici borcların həcmi azaldılacaq". Millət vəkilinin sözlərinə görə, xarici siyasətə gəldikdə, prezidentin etdiyi çıxışdan aydın oldu ki, ölkəmiz ikitərfli deyil, çoxtərfli əməkdaşlıq modellərinə də açıqdır və onu dəstəkləyir: "Ancaq dövlətimizin başçısının bu zaman məhz bizim təşəbbüsçüsü olduğumuz Azərbaycan-Türkiyə-İran-Gürcüstan dördtərəfli formatdan danışması onu göstərdi ki, yenə də hər hansı bir dövlətin dominant rol oynadığı deyil, ora cəlb edilənlərin hamısının maraqlarına eyni dərəcədə cavab verən əməkdaşlıq modellərinə üstünlük verəcəyik. Diqqətimi çəkən məqamlardan biri də bütün sahələrlə bağlı konkret proqram və planların olduğunun qabardılması idi. Bütün bu plan və proqramlar da onun üçün tərtib edilib ki, Azərbaycan Prezidentimizin özünün də dediyi kimi daha da qüdrətlənsin. Torpaqarı işğaldan tam azad olsun. Bütün azərbaycanlılar, o sıradan indi Ermənistan adlanan yerdən gələnlər də ev-eşiklərinə dönsünlər. Kimsə bunu real saymaya bilər. Amma istəyirəm biz 15 il bundan öncəyə qayıdaq o zamankı vəziyyəti xatırlayaq. Birinci elə cənab İlham Əliyevin özündən başlayaq. Hətta bəzi çox tanınmış əcnəbi ekspertlər belə proqnoz verirdilər ki, prezidentliyi 2-3 il çəkə ya çəkməyə. O isə artıq neçə ildir dövlətimizi inamla və ləyaqətlə idarə edir. Deyirdilər ki, Bakı-Ceyhan kəməri "blef"dir, Azərbaycanın onu dolduracaq nefti yoxdur. Bunu deyən adamın özü indi Azərbaycanda və elə siyasətdə də yoxdur, ancaq Bakı-Ceyhan işləyir və neçə illər hələ işləyəcək. Bildirirdilər ki, bu ölkənin gələcəyi sual altındadır. Ancaq indi regionun lider dövlətiyik.
Haylar ta Kürə kimi torpaqlarımız ələ keçirəcəkləriylə bizi hədələyirdilər. İndi havadarlarına yalvarırlar ki, Azərbaycana savaşa başlamaması üçün davamlı təzyiq etsinlər. Və nəhayət, cənab Prezidentin özünün də vurğuladığı kimi, açıq sulara çıxışı olmayan bir ölkə indi Avrasiyanın nəqliyyat qovşaqlarından birinə çevirilib. Özü də Ermənistanın havadarlarını da, bu layihələrə qoşaraq, işğalçını tam dalana dirəyərək çevirilib". Sahib Alıyev deyib ki, 15 ildə bütün bunları reallaşdıran bir liderin qarşısına qoyduğu bütün məqsədlərə çatacağına əmindir: " Həm də ona görə əminəm ki, indi bunun üçün nə lazımdırsa, dövlət başçısının dediyi kimi siyasi irədə, maliyyə resursu, insan potensialı və xalq-iqtidar birliyi, hamısı var".
Füzuli