Vətəndaşlar banklara niyə etibar etmirlər?
Azərbaycanda banklara kredit qoyuluşunun həcmi kəskin şəkildə azalıb. Buna səbəb kimi əhalinin banklara inamının azalması göstərilir. Ekspertlərin qənaətinə görə, ölkədə kredit verilişi ilə bağlı yaranan vəziyyət əhalinin banklarda yatırdığı əmanətlərin həcminə təsir göstərib. Mərkəzi Bankın məlumatına görə, bu ilin martın 1-nə olan məlumatına əsasən, ölkə iqtisadiyyatına kredit qoyuşunun həcmi 11 milyard 561 milyon manat təşkil edib.
19 Aprel 2018 14:42 İqtisadiyyatMəhkəmələr əhalinin yox, bankların xeyrinə qərar çıxarırlar
Azərbaycanda banklara kredit qoyuluşunun həcmi kəskin şəkildə azalıb. Buna səbəb kimi əhalinin banklara inamının azalması göstərilir. Ekspertlərin qənaətinə görə, ölkədə kredit verilişi ilə bağlı yaranan vəziyyət əhalinin banklarda yatırdığı əmanətlərin həcminə təsir göstərib. Mərkəzi Bankın məlumatına görə, bu ilin martın 1-nə olan məlumatına əsasən, ölkə iqtisadiyyatına kredit qoyuşunun həcmi 11 milyard 561 milyon manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisə kredit qoyuluşlarının həcmi 4,3 milyard manat və ya 27.1 faiz azalıb. İlin əvvəli ilə müqayisədə isə kommersiya bankları tərəfindən iqtisadiyyata yönələn vəsaitin həcmi 1.6 faiz azalıb. Kredit qoyuluşları azaldıqca, problemli kreditlərin də həcmi də sürətlə artır. AMB-nın məlumatına görə, bu ilin yanvar-fevral aylarında vaxtı keçmiş kreditlərin həcmi 1.7 milyard manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə vaxtı keçmiş borcların həcmi 8.4 faiz olub. Ya da müştərilər tərəfindən götürülən hər 7 manatlıq kreditin 1 manatı qaytarılmadığını deyə bilərik. Xatırladaq ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin nəzərə çarpan artımı 2009-cu ildən başlayıb. Belə ki, vaxtı keçmiş kreditlərin həcmi 2008-ci ildə cəmi 2,2 faiz, 2009-cu ildə 3,6 faiz, 2010-cu ildə 493 milyon manat və ya 5,4 faiz, 2011-ci ildə 634 milyon manat və ya 6,4 faiz, 2012-ci ildə 749 milyon manat və ya 6,1 faiz, 2013-cü ilin 11 ayının göstəricilərinə görə isə 795 milyon manat (təqribən 1 milyard dollar) və ya 5,2 faiz təşkil edib. Millət vəkili Əli Məsimli bildirib ki, hökumət dollarla olan kreditlər problemin həllini dondurmaq siyasəti yeritməklə əslində həm də hər gün, hər həftə, hər ay özünün də bu problemi həll etmək şansın itirməkdədir: "Vəziyyətin yaxşılaşdırılması üçün real nəticələri olan addımlar atılmasa, maliyyə bazarları və bank sisteminin problemləri daha da qəlizləşəcək. Bu isə iqtisadiyatımızda əlavə ciddi problemlər yarada bilər. Belə vəziyyət əhaliyə və banklara da çox mənfi təsir göstərir. Bu, ölkədə iqtisadi fəallığın artmasının qarşısında maneyə çevrilib. Artlq ikinci ildir ki, kredit qoyuluşları azalır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci il 1 fevral vəziyyətinə kredit qoyuluşları 30 faiz azalıb. Ona görə də bank sistemini çətin vəziyyətdən çıxarmaq və əhalini borc tələsindən qurtarmaqdan ötrü hökumət problemli kreditlər, xüsusən də, dollarla olan kreditlər probleminin həllini sürətləndirməlidir. Bu işə məsul qurumlar problemli kreditlərlə bağlı hər hansı addım atacağı barədə qaneedici bir fikir söyləmir". Onun bildirdiyinə görə, problemli kreditlərlə bağlı 2015-ci ilin mayında Konstitusiya Məhkəməsi əhalinin yox, bankların xeyrinə qərar çıxarıb, qəraın sonuncu bəndində də banklara tövsiyə edib ki, imkan daxilində, əhaliyə güzəştə getsin .Əhalini soymaqla məşğul olan bank əhaliyə nə güzəşt edəcək? Ara-sıra bəzi epizodik güzəştlərdən o yana heç nə edilməyib. Ona görə də məhkəmələr, Konstitusiya Məhkməsinin həmin qərarından çıxış edərək bir qayda olaraq əhalinin yox, bankların xeyrinə qərar çıxrarlar. Bu isə problemin həll yolu yox, ədalətsizlikdir. Biz də ölkənin tanınmış mütəxəssislərinin fikirlərini də almaqla Təkliflər Paketi hazırlayıb hökumətə göndərmişik ki, bu ədalətsizlik aradan qaldırılsın".
Qeyd edək ki, hazırda Mərkəzi Bankın kredit şərtlərini sərtləşdirməsi məsələsi aktual mövzulardan biridir. Bu arada AMB tərəfindən uçot dərəcəsinin dəyişdirilməsinin müştərilərə daha çox ziyanlı olacağı iddia edilir. Məsələ burasındadır ki, qaytarılmayan kreditlərin bir milyard dollara çatması ciddi problemlər yaratdığından qaydalar sərtləşdirilib. Qeyd edək ki, MB-nin göstərişinə əsasən, banklara arayışsız kreditlər vermək qadağan edilib. Bu durumda bankların müxtəlif tədbirlərə əl atması, problemli müştərilərə güzəşt etməsi labüd hesab edilir. Bununla belə, vaxtı keçmiş kreditlərin real səviyyəsinin uçotunun spesifikliyi ilə əlaqədar olaraq, həmin kateqoriyaya aid bütün kreditlər yox, onun yalnız bir hissəsi düşdüyündən, eləcə də müəyyən zaman kəsiklərində vaxtı keçmiş kreditlər ətrafındakı müzakirələrin intensivləşib panika yaradan səviyyəyə çatması faktlarından çıxış edərək belə qənaətə gəlmək olar ki, MDB məkanına aid ölkələrdə vaxtı keçmiş kreditlərlə bağlı rəsmi rəqəmlər bir qayda olaraq kiçildilir və onun real səviyyəsi rəsmi göstəricidən əhəmiyyətli dərəcədə yüksəkdir. Onu da bildirək ki, adətən vaxtı keçmiş kreditlər ümumi kreditin 10 faizini keçdikdə təhlükəli hədd hesab olunur. Beynəlxalq maliyyə bazarındakı hazırkı qeyri-sabitlik şəraitində vaxtı keçmiş kreditlərin real səviyyəsi 10-15 faiz olmaqla ölkənin bank sisteminin dayanıqlığını qoruyub saxlamaq olar. Ekspertlər hesab edirlər ki, problemli kreditlər məsələsini həll etməkdən ötre müvafiq qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsin ehtiyac var. Həmçinin, əgər bankdan kredit götürən şəxsin borcu vaxtında ödəməməsi üçün obyektiv səbəblər varsa, belə hallarda bank müqavilənin şərtlərinə yenidən baxa bilər.
Alim