Azərbaycanlı milyarderin sərvəti açıqlandı - Forbes
“Forbes” jurnalı Rusiyanın ən varlı şəxslərinin siyahısını təqdim edib.
19 Aprel 2018 14:32 Sosial"Forbes" jurnalı Rusiyanın ən varlı şəxslərinin siyahısını təqdim edib.
Siyahıda ilk pilləni Vladimir Lisin tutub. Jurnal onun sərvətinin 19,1 milyard dollar olduğunu bildirib. Lisindən sonrakı yerləri Aleksey Mordaşov (18,7 milyard) və Leonid Mixelson (18 milyard) tutub.
Azərbaycanlı milyarder Vahid Ələkbərov siyahıda 4-cü yerdə qərarlaşıb. Onun sərvəti 16,4 milyard dollar olub.
"Forbes"in yeni siyahısında ümumilik 5 azərbaycanlı yer alıb. Bu siyahıda Zarax İliyev 36-cı, Qod Nisanov 37-ci , Araz Ağalarov 54-cü, Fərhad Əhmədov isə 69-cu yeri tutub. Axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31