Gündəm

Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb

20 Aprel 2018 16:17

Avropa Azərbaycanlıları Konqresi (AAK) Avropadakı soydaşlarımız adından Dağlıq Qarabağda, qoşunların təmas xəttində Ermənistan tərəfindən son günlər törədilən insidentlə bağlı BMT-yə, ATƏT-ə, Minsk Qrupunun həmsədr ölkələrinə bəyanat ünvanlayıb. “OLAYLAR”-ın xəbərinə görə,  bəyanatda bildirilir ki, Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan ordusu qoşunların təmas xəttində təxribatların sayını artırıb və bu, qitədə yaşayan azərbaycanlıları ciddi narahat edir: “Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 27 yaşlı Rahim Hacıyev öz əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb. Bu hadisə bizi - Avropa Azərbaycanlıları Konqresini, Avropada yaşayan azərbaycanlıları dərindən sarsıdıb. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc əhalisinə və mülki obyektlərinə yönəlmiş artilleriya zərbələri sübut edir ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüquq normalarına riayət etməyərək, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmaqda davam edir”.

Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib

20 Aprel 2018 16:16

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası erməni hərbçilərinin təsərrüfat işləri ilə məşğul olan dinc sakinləri hədəfə alması ilə bağlı etiraz bəyanatı yayıb. “OLAYLAR”-ın xəbərinə görə, bəyanatda bildirilir ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndinin sakini Rahim Hacıyevin təsərrüfat işləri ilə məşğul olarkən erməni hərbçilərinin açdığı atəş nəticəsində yaralanması Ermənistan ordusunun dinc sakinlərə qarşı törətdiyi növbəti cinayətdir. Qeyd olunur ki, həmişə olduğu kimi, bu dəfə də erməni silahlılarının azğınlaşması onların sabitliyi pozmağa cəhd göstərmələri ilə bağlıdır. Yerevanda siyasi iğtişaşların alovlandığı bir ərəfədə işğalçı dövlət bu yolla diqqəti cəbhə bölgəsinə yönəltməyə çalışır.

"Audatex" sisteminin tətbiqi üzrə işçi qrupunun görüşü keçirilib

20 Aprel 2018 16:07

Audatex sisteminin tətbiqi üzrə işçi qrupunun görüşü keçirilib.

Sabah Azərbaycanda yeni baş nazir seçiləcək

20 Aprel 2018 16:07

Sabah Milli Məclisin plenar iclası keçiriləcək. Məlumata görə, iclasın gündəliyi barədə hələlik məlumat yoxdur. İclasda Azərbaycanın yeni baş nazirinin təsdiqlənəcəyi gözlənilir. 

Milli Park ərazisində 17 yaşlı qız dənizə düşüb

20 Aprel 2018 16:03

Bakıda 17 yaşlı qız dənizə düşüb.

Regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları bölgələrin iqtisadi inkişafına təkan verib

20 Aprel 2018 16:02

Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissələrindən biri də regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrasıdır. Məlum olduğu kimi bu proqlamların əsas mahiyyəti ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” adlı sənəddə ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, başlanmış inkişaf tədbirlərinin sonrakı illərdə də davam etdirilməsi nəzərdə tutulub.

Rezidenturada həkim hazırlığı aparan təhsil müəssisələrinin siyahısı təsdiqlənib

20 Aprel 2018 15:50

Rezidenturada həkim – mütəxəssislərin hazırlığını aparan təhsil müəssisələrinin siyahısı təsdiqlənib.

Kişinyovda ticarət-biznes mərkəzi təxliyə olundu

20 Aprel 2018 15:45

Moldovanın paytaxtı Kişinyovda "Lunedor" ticarət-biznes mərkəzində yanğınla əlaqədar təxliyə həyata keçirilib.

Rusiyada təyyarələrdə ayaq üstə səfər mümkün olacaq

20 Aprel 2018 15:42

Rusiyanın azbüdcəli "Pobeda" aviaşirkəti yeni təyyarələr üçün təhlükəsizlik sertifikasiyası üstündə olmaqla "ayaqüstü yerlər" sifariş etməyi planlaşdırır. Aviaşirkət bununla ücüz biletlərin sayını artırmağı düşünür.

İranda başörtüsü qalmaqalı

20 Aprel 2018 15:39

İranda qadının “İslam qaydalarına uyğun geyimdə” olmaması ilə əlaqədar polis tərəfindən zorakılığa məruz qalması rəsmilər tərəfindən sərt tənqid olunub.