Regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları bölgələrin iqtisadi inkişafına təkan verib
Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissələrindən biri də regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrasıdır. Məlum olduğu kimi bu proqlamların əsas mahiyyəti ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” adlı sənəddə ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, başlanmış inkişaf tədbirlərinin sonrakı illərdə də davam etdirilməsi nəzərdə tutulub.
20 Aprel 2018 16:02 SosialAzərbaycanda həyata keçirilən iqtisadi siyasətin tərkib hissələrindən biri də regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrasıdır. Məlum olduğu kimi bu proqlamların əsas mahiyyəti ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" adlı sənəddə ölkə regionlarının inkişafı sahəsində əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi, başlanmış inkişaf tədbirlərinin sonrakı illərdə də davam etdirilməsi nəzərdə tutulub. Məhz ölkə başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu Dövlət Proqramının icrasının nəticəsi Azərbaycanda bütün infrastrukturun dünya səviyyəsinə çatmasına və Avropa Birliyinin meyarlarına bərabər olmasına şərait yaradacaqdır. Bu baxımdan Dövlət Proqramında ölkə iqtisadiyyatının bütün sahələri və regionlar üzrə indiyədək həll olunmamış bütün məsələlərin, o cümlədən bütün bölgələrdə hər bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin əks olunması prioritet vəzifə kimi qarşıya qoyulmuşdur.Yeni sosial-iqtisadi inkişaf mərhələsində olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq Dövlət Proqramında bütün regionlarda, eləcə də paytaxtda mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən müasir standartlara cavab verən təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidən qurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulub.
Regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası respeblikanın müxtəif rayonlarında da öz müsbət nəticəsini verib. Gəncə şəhər icra hakimiyyətindən verilən məlumata görə, Regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası məqsədilə qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi istiqamətində mühüm işlər görülüb. Şəhərdə ictimai-siyasi sabitlik olmaqla, dinamik makroiqtisadi göstəricilər əldə edilib. Şəhər üzrə ümumi daxili məhsul istehsalı və xidmətlərin həcmi 2018-ci ilin yanvar-mart aylarında 236,0 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,9 faiz çox ümumi daxili məhsul istehsal olunub. Gəncə şəhərində istehsal olunan sənaye məhsulunun 46,1 faizi respublika daxilində, 53,9 faizi Rusiya, Türkiyə, Ukrayna, Belarusiya, Gürcüstan və digər ölkələrə ixrac edilib. Şəhərdə təhsil, səhiyyə və mədəniyyətin inkişafı və bu strateji sahələrin maddi-texniki və tədris-metodiki bazasının getdikcə müasirləşdirilməsi, eləcə də yeni avadanlıqlarla təmin olunması, mövcud obyektlərin əsaslı surətdə yenidən qurulması və təmiri, yeni məktəb binalarının inşası Gəncə şəhər İcra Hakimiyyəti başçısının daim diqqət mərkəzində saxlanılır. Gənclər və İdman Baş İdarəsi şəhərin sosial-mədəni həyatında gənclərin fəal iştirakını təmin etmiş, müxtəlif mövzularda 2018-ci ilin birinci rübündə bir sıra tədbirlər həyata keçirilib. Bu keçirilmiş 36 müxtəlif tədbirdə 5 min 400-dən çox gənc və yeniyetmə iştirak edib. Paralel olaraq, Gəncə Beynəlxalq Avtovağzal Kompleksinin tikintisində son tamamlanma işləri aparılıb, Gəncə Şahmat Məktəbinin yeni binasının inventarla təminatı, Gəncə şəhər Səhiyyə İdarəsinin yeni binaya köçürülməsi təmin edilib. Bundan başqa, Prezident İlham Əliyevin tapşırığına əsasən Gəncəçayın sel sualarından mühafizəsi ilə bağlı sağ sahilində bənd vurulub. Çayın sol sahilində aparılan işlər isə yekunlaşmaq üzrədir. Sözügedən ərazidən 130 ailə köçürülmüşdü və yeni layihə nəzərə alınaraq daha 26 evin köçürülməsi prosesi 1 ay müddətinə yekunlaşmalıdır. Çayın sol sahili üçün işlənilən layihə də artıq hazirdır. Bu hissədə də bulvar kompleksi salınacaq. Layihəyə uyğun olaraq bulvarda "Bayraq muzeyi", yaşayış binası, tələbələr üçün yataqxana inşa ediləcək. Yeni salınan bulvarda qapalı və açıq stadionların tikintisi də layihədə öz əksini tapıb. Məlumatda o da bildirilir ki, müxtəlif təyinatlı binaların tikintisi üçün tenderin elan olunacaq. Layihənin icrası investorların qoyduğu investisiya hesabına həyata keçiriləcək. İş adamlarının təqdim edəcəyi layihələrə də xüsusi baxış keçiriləcək. Şəhərin görkəminə yaraşan layihələrin icrasına icazə veriləcək. Nizami prospektində isə Gəncəçay körpüsündən Heydər Əliyev prosketinə qədər olan ərazidə 7 ədəd Gəncə memarlığına xas olan müxtəlif bloklu 9 mərtəbəli binalar inşa ediləcək. Binanın birinci mərtəbəsində iaşə obyektləri, alış-veriş mərkəzləri fəaliyyət göstərəcək. 150 dən çox ailə evinin kvadratmetrinə uyğun olaraq həmin binalara köçürüləcək. Digər mənzillər isə açıq satışa çıxarılacaq.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları Yardımlı rayonunda da müvəffəqiyyətlə icra olunmaqdadır. Rayon icra hakimiyyətindən bildirlib ki, 2017-cı ildə də ölkəmiz uğurlu inkişaf tempini saxlayıb. Uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün möhkəm zəmin yaradıb. Məhz bunun nəticəsində geniş sahibkarlar təbəqəsi formalaşıb, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunub. Rayonun Çayüzü kəndində əhalinin sosial rifah halı yaxşılaşmış, abadlıq və quruculuq işləri davam etdirilib. Həmçinin Avur kəndində 20 yerlik modul tipli ibtidai məktəb binası müəllim və şagirdlərin istifadəsinə verilib. Rayonda şəhid ailələri,müharibə veteranları və Qarabağ əlilləri , kimsəsiz ailələr daim diqqət mərkəzində saxlanılıb. Məlumatda qeyd edilir ki, Çayüzü İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi dörd kəndi birləşdirir.Ərazidə 3304 nəfər əhali yaşayır, 764 təsərrüfat fəaliyyət göstərir. Ərazidə 3 tam orta məktəb, 1 ibtidai məktəb, 1 uşaq bağçası , 1 həkim ambulatoriyası, 1 tibb məntəqəsi, 3 kitabxana, 1 folklor klubu , 1 poçt və 1 elektron ATS fəaliyyət göstərir. Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. 2018-ci il yanvarın birinə olan məlumata görə şəxsi təsərrüfatlarda mal-qara sayı 1480 başa, davarların sayı 2265 başa çatıb. Bu da əvvəlki illərlə müqayisədə xeyli böyük rəqəmdir. Əhalinin sağlamlığının qorunması məqsədilə Çayüzü kəndində çalışan baytar həkimlər il ərzində iribuynuzlu mal-qarada və davarlarda dabaq, qarayara və çiçək xəstəliyinə qarşı,quşlarda isə tauna qarşı peyvəndlər aparıblar. Xatırladaq ki, rayonda kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Bu sahənin inkişafında əhalinin pay torpaqlarında yaratdıqları təsərrüfat sahələri xüsusi əhəmiyyət daşıyır. Sakinlər pay torpaq sahələrində əsasən payızlıq buğda əkirlər, həyətyanı torpaqlarda isə əsasən yazlıq bitkilər əkirlər. 2017-ci ildə Çayüzü ərazisində 2800 ədəd fındıq tingi 4 hektar sahədə əkilmişdir.68 hektar sahədə payızlıq buğda, 28 hektar sahədə yazlıq əkin, 3 hektar sahədə isə tütün əkini aparılıb. 3 hektar sahədən 20 ton yaş tütün toplanmış və Urakəran kəndində yerləşən "Dəniz MMC"-yə təhvil verilib. Ərazi üzrə 68 hektar sahədən 1577 sentner taxıl yığılıb. Taxıl əkini ilə əlaqədar əkinçilərə 4696 manat subsidiya verilib.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Lerik rayonunda da uğurla icra edilməkdədir. Rayonda bir sıra küçənin asfaltlaşdırılması, xiyaban və parklarda dağılmış sahələrin bərpası, istinad divarlarının qurulması, işıqlandırma sisteminin yenilənməsi və digər işlərin görülməsi planlaşdırılıb. Bunun üçün tələb olunan texniki məsələlər həll edilib, İsmayıl Yaqubov küçəsində yerləşən kommunal binalarda təmir işlərinə başlanılıb. 2018-ci ilin yanvar-mart aylarında keçən ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışı artıb.Yaz-tarla işlərinin aparılması ilə bağlı 700,5 hektar sahədə yazlıq bitkilər əkilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 147,6 hektar çoxdur. Birinci rübdə 436 hektar kartof, keçən ildən 35 hektar, 130,5 hektar dənli, paxlalı bitkilər, 104,1 hektar, 134 hektar tərəvəz, 8,5 hektar çox əkin işləri aparılıb. Yazlıq əkin işləri davam etdirilir. Dünyada və Azərbaycanda hökm sürən iqtisadi böhrandan əhalini maksimum az ziyanla çıxarmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında 2016-2017-ci illərdə dövlət şirkətləri tərəfindən regionlarda maddi durumu zəif olan vətəndaşların işlə təmin edilməsi üçün yeni iş yerləri yaradılıb. Cari ildə də həmin şirkətlər tərəfindən vətəndaşlarla bağlanmış müqavilələrin müddəti uzadılmış və nəticədə 2018-ci ildə rayonda 320 yeni iş yeri açılıb. Rayonda sosial layihələrin həyata keçirilməsi, infrastrukturun yenilənməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən keçən 3 ay ərzində rayonda 10 modul tipli kənd məktəbinin, Noda kənd uşaq bağçasının tikintisi, Veri kəndinə qaz xəttinin və Lerik şəhərinə yeni su xəttinin çəkilməsi ilə bağlı imzaladığı sərəncamlar ölkə rəhbərinin rayonumuza göstərdiyi böyük diqqət və qayğının bariz nümunəsidir.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir