Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq xartiyasına uyğun müzakirələr aparılacaq- ÖZƏL

İnnovasiya Fondunda nəzərdə tutulan görüşlərdə Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq xartiyasına uyğun olaraq süni intellekt, rəqəmsal inkişaf və yaşıl enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətləri, innovativ ekosistemin dəstəkləməsində yaxşı nümunələr, texnoloji innovasiya və dövlət siyasətinin kəsişməsi məsələləri müzakirə ediləcək. "Olaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumt verib. 

Qeyd edək ki, Milli Məclisin deputatı Vüqar Bayramov sentyabrın 2-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfər edib. Səfər çərçivəsində deputatımız "İnformasiya Texnologiyaları və İnnovasiya Fondu"  (İTİF) tərəfindən  təşkil olunacaq bir sıra görüşlərdə iştirak edəcək. Tədbir çərçivəsində süni intellekt, rəqəmsal inkişaf, yaşıl enerji, innovasiya və texnoloji əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31