Gündəm

Putinlə Tramp arasında sensasiyalı FAHİŞƏ SÖHBƏTİ ÜZƏ ÇIXDI - Eks-kəşfiyyat şefi SİRRİ AÇDI

20 Aprel 2018 15:37

ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş rəhbəri Ceyms Kominin prezident Donald Trampla etdiyi danışıqlara aid qeydlər Ədliyyə Nazirliyi tərəfindən Konqresə təqdim olunub.

Parlamentdə Ombudsmanın hesabatı dinlənilib

20 Aprel 2018 15:33

Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2017-ci il üzrə hesabatı dinlənilib. “Olaylar” xəbər verir ki, hesabatı Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı təqdim edib.

KİV-də sponsor reklamı ilə bağlı qaydalar dəyişir

20 Aprel 2018 15:32

Milli Məclisin İnsan hüquqları komitəsinin aprelin 20-də keçirilən iclasında “Kütləvi İnformasiya Vasitələri haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. “Olaylar” xəbər verir ki, layihəyə əsasən, 21-ci (Kütləvi informasiya vasitələrinə sponsorluq) maddənin birinci hissəsinin ikinci cümləsi dəyişdirilərək belə verilir: “Reklam haqqında” qanun ilə reklamı qadağan edilmiş malların istehsalı və (və ya) satışı ilə məşğul olan şəxslər sponsor ola bilməzlər.

Oğrunun digər cinayət əməlləri də ifşa edilib

20 Aprel 2018 15:30

Oğurluq etdiyinə görə tutulmuş Ramiz Bayramovun Biləcəri qəsəbəsindəki 3 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş Ramiz Bayramovun ətrafında DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi, Bakı şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 4-cü və 6-cı PB-lərinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun martın 24-dən aprelin 7-dək olan müddətdə Biləcəri qəsəbəsindəki 3 evdən pul və qızıl əşyalar oğurlaması da müəyyən edilib. Həmçinin oğurluq etdiyinə görə tutulmuş Rafiq Mirağayevin ətrafında Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun ötən il iyulun 1-dən cari il aprelin 3-dək olan müddətdə rayon ərazisindəki 3 mağazadan, 6 evdən pul, tütün məmulatı, ərzaq məhsulları və qızıl əşyalar oğurlaması da müəyyən edilib.

Azərbaycan-Əhməd Fərhadlının “Buta və ya tanrıların anası” kitabından

20 Aprel 2018 15:28

Keçək -ro komponentinə...Fikir verdinizsə,O saiti R samitindən sonra işlənmişdir.Əvvəlcə,bunun or-variantını aydınlaşdıraq.Or-sözü Hind-avropa və türk dillərində  "ağız" mənasında (or,oral,ord və s.)  işlənir.Lakin ağızdan çıxanın isə söz,səs olması birmənalıdır.Ona görə də ibtidai insan "or" deyəndə ağızı,"ro" deyəndə isə ağızdan çıxanı ifadə etmişdir.Bütün qədim dillərdə ağız səslə əlaqəli işlədilmişdir.Lakin ağızdan çıxan qışqırıq- qorxu,həyəcan,qəzəb hissindən yaranmaqla əksər hallarda canlının yerindən qalxması,kənara sıçraması,qaçması və ya hücum çəkməsi ilə müşaiyət olunur.

Oğru “iş başında” yaxalanıb

20 Aprel 2018 15:18

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, mühafizə polisi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən şəxs cinayət başında yaxalanıb. Belə ki, aprelin 18-də saat 16 radələrində Sumqayıt şəhəri Yaşma bağlar sahəsindəki bağların birindən 2 ədəd dəmir borunu oğurlamağa cəhd göstərən şəxs Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayının əməkdaşları tərəfindən cinayət başında yaxalanaraq Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə təhvil verilib.

Fazil Mustafa: “Bəzi icra hakimiyyətlərinin başçıları biznesmenləri sıxışdırıb pullarını alırlar”

20 Aprel 2018 15:17

“Bölgələrdə bəzi İcra Hakimiyyətlərinin başçıları yerli biznes nümayəndələri sıxışdırır, onlara aid olmayan işlərə cəlb edir, vəsaitlərini, pullarını əllərindən alırlar”. “Olaylar” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin İnsan hüquqları komitəsində Ombudsmanın illik hesabatının müzakirəsi bildirib.

Cənubi Afrikada iğtişaşlar - 23 nəfər saxlanıldı

20 Aprel 2018 15:16

Cənubi Afrikada polis ölkənin şimal-qərb hissəsindəki iğtişaşların qarşısını almaq məqsədi ilə rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə etməyə başlayıb.

Politoloq: “Partiya liderliyi uğrunda yeni yarış başlayacaq” 

20 Aprel 2018 15:15

“Türkiyədə ötən dəfəki prezident seçkisində nə MHP lideri Dövlət Baxçalı, nə də CHP lideri Kamal Kılıçdaroğlu namizədliyini irəli sürdü. Bunun sadə səbəbi var idi. Onlar bilirdilər ki, AKP lideri və hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğana məğlub olacaqlar. Məğlubiyyətdən sonra isə partiya liderliyindən istefa verməli idilər”. Bunu  politoloq Elxan Şahinoğlu deyib.

“Ermənistanın gələcəyi yoxdur”

20 Aprel 2018 15:14

"Bu gün Ermənistan hakimiyyəti özünün işğalçılıq siyasəti, yarıtmaz fəaliyyəti ilə ölkəni tam dalana dirəyib. Ermənistan xalqı da, dünya da artıq bu siyasətdən bezib". Bu fikirləri Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

Qabil Hüseynli: “Sarkisyanın yalnız bir ümidi var, o da Rusiyadır"

20 Aprel 2018 15:12

"Ümumiyyətlə ilk dəfədir ki, Ermənistandakı mövcud hakimiyyətə qarşı bu cür kütləvi hərəkatlar baş verir. Bu proses az qala ölkənin bütün hissələrini əhatə edib. Hakimiyyət az qala bütünlüklə müxalifətin əlindədir". Bunu politoloq Qabil Hüseynli deyib.

Millət vəkili: “Azərbaycan dövləti öz vətəndaşının qayğısına qalır”

20 Aprel 2018 15:10

“Azərbaycan Prezidenti İlham Əliyevin andiçmə mərasimindən sonra imzaladığı ilk Fərman “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman oldu. Ölkədə təqribən 13 minə qədər bu statusda olan şəxs var. Büdcədən təqribən 100 milyondan bir qədər çox vəsait buna xərclənəcək”. Bunu  millət vəkili Aydın Mirzəzadə deyib.

Tovuzda faciə: Aprel qazisi intihar etdi

20 Aprel 2018 15:10

Aprel döyüşçüsü özünü yaşadıqları evdə asıb.

Əflatun Amaşov: “Azərbaycan xalqı ünsürlərin cavabını layiqincə verdi”

20 Aprel 2018 15:07

“Ümumiyyətlə Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, seçkilər ərəfəsində və s. anti-ünsürlər Azərbaycana qarşı müxtəlif vasitələrə əl atırdılar”. Bunu  Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib. 

Anar Nüşabəni bəzədi, izləyicilər bəyənmədi - Video

20 Aprel 2018 15:06

Stilist Anar Ağakişiyev bu dəfə əməkdar artist Nüşabə Ələsgərlinin imicinə dəyişiklik edib.