Fazil Mustafa: “Bəzi icra hakimiyyətlərinin başçıları biznesmenləri sıxışdırıb pullarını alırlar”
“Bölgələrdə bəzi İcra Hakimiyyətlərinin başçıları yerli biznes nümayəndələri sıxışdırır, onlara aid olmayan işlərə cəlb edir, vəsaitlərini, pullarını əllərindən alırlar”. “Olaylar” xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin İnsan hüquqları komitəsində Ombudsmanın illik hesabatının müzakirəsi bildirib.
20 Aprel 2018 15:17 Sosial"Bölgələrdə bəzi İcra Hakimiyyətlərinin başçıları yerli biznes nümayəndələri sıxışdırır, onlara aid olmayan işlərə cəlb edir, vəsaitlərini, pullarını əllərindən alırlar". "Olaylar" xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin İnsan hüquqları komitəsində Ombudsmanın illik hesabatının müzakirəsi bildirib. Deputata deyib ki, bu yaxınlarda bir rayonda İcra Hakimiyyəti başçısının biznesmeni təzyiqə məruz qoyması, pulunu geri qaytarmaması və həmin şəxsin aclığa başlaması ilə bağlı məlumatlar ciddi narazılıq yaradıb: "Təəssüf ki, bu məsələ Ombudsmanın hesabatına salınmayıb. Hələ plenar iclasadək vaxt var, yaxşı olardı ki, bu məsələ də Ombudsmanın məruzəsinə salınsın. İcra Hakimiyyəti başçıları görsünlər ki, onların qanunsuz əməlləri nəzərdən qaçırmır".