Azərbaycan-Əhməd Fərhadlının “Buta və ya tanrıların anası” kitabından
Keçək -ro komponentinə...Fikir verdinizsə,O saiti R samitindən sonra işlənmişdir.Əvvəlcə,bunun or-variantını aydınlaşdıraq.Or-sözü Hind-avropa və türk dillərində "ağız" mənasında (or,oral,ord və s.) işlənir.Lakin ağızdan çıxanın isə söz,səs olması birmənalıdır.Ona görə də ibtidai insan "or" deyəndə ağızı,"ro" deyəndə isə ağızdan çıxanı ifadə etmişdir.Bütün qədim dillərdə ağız səslə əlaqəli işlədilmişdir.Lakin ağızdan çıxan qışqırıq- qorxu,həyəcan,qəzəb hissindən yaranmaqla əksər hallarda canlının yerindən qalxması,kənara sıçraması,qaçması və ya hücum çəkməsi ilə müşaiyət olunur.
20 Aprel 2018 15:28 Sosial(Əvvəli ötən sayımızda)
Keçək -ro komponentinə...Fikir verdinizsə,O saiti R samitindən sonra işlənmişdir.Əvvəlcə,bunun or-variantını aydınlaşdıraq.Or-sözü Hind-avropa və türk dillərində "ağız" mənasında (or,oral,ord və s.) işlənir.Lakin ağızdan çıxanın isə söz,səs olması birmənalıdır.Ona görə də ibtidai insan "or" deyəndə ağızı,"ro" deyəndə isə ağızdan çıxanı ifadə etmişdir.Bütün qədim dillərdə ağız səslə əlaqəli işlədilmişdir.Lakin ağızdan çıxan qışqırıq- qorxu,həyəcan,qəzəb hissindən yaranmaqla əksər hallarda canlının yerindən qalxması,kənara sıçraması,qaçması və ya hücum çəkməsi ilə müşaiyət olunur.
O saiti R samitindən sonra işlənirsə, məhz bu sıçrayışın, bayıra çıxışın,altdan yuxarı yönəlmiş fiziki hərəkətin ifadə formasını qazanmış olur. (Meymun sürüsünün təhlükə hiss edərkən çığırışaraq qaçdıqlarını və ağaca dırmaşdıqlarını ibtidai insan daim müşahidə edərək,bu hadisənin dillə ifadəsini təkmilləşdirmişdi).
Hər iki variant üçün ən məşhur qədim dillərdən nümunələrə müraciət edək:
Latınca-or(oris)-1) ağız;rusca рот, уста,2) dəlik,deşik; oratio [oro]-1) danışıq qabiliyyəti,2) nitq,dil, 3) dua etmək; oratus-xahiş,yalvarış;ortivus [ortus]-rusca восходящий,yəni doğan,çıxan; ortus[orior]-1) çıxma, qalxma, doğma, doğuş 2)doğmağa başlama ;
Assur dilində-rov-dodaq;
Yunanca orgia, orum -Vakxın şərəfinə keçirilən bayram şənliklərində haylı-küylü gecə gəzintiləri...əslində səsli-küylü məclis anlamına gəlir; rogus-odda yanan;rogo-tonqal...alovun altdan yuxarı qalxmasını təsəvvürünüzə gətirin; ros,roro,roris,rosio-şeh,ətrafa su çilənməsi; rusca роса;
Sanskrit dilində-r`ohati; roksy`ati; 1) qalxmaq,yüksəlmək, ayağa durmaq, altdan yuxarı dırmaşmaq, 2) boy atma və s.
İngilscə roar-{rɔ:}-- uğultu,gurultu, partıltı,bağırtı, nərilti, partlayış, coşmaq,şiddət ermək,qorxulu,təhlükəli olmaq,guvuldamaq; roast-qızarmış, bərk isri olan,soba,yanma;rov-sındırmaq,dağıtmaq,yandırıb talan etmək;roe-kürü(balığın kürüsünü necə tökməsini yadınıza salın);roil-həyəcanlandırma, təşvişə salmaq, acıqlandırmaq, hirsləndirmək, əsəbləşdirmək; roily-tutqun, dumanlı, tüstülü, gurultulu, həyəcanlı, şiddətli, kəskin, qızğın,gur;rosa-al-qırmızı, lava,alov;rosin-qatran,qır;rot-dağılmaq,viran qalmaq,məhv edilmək, uçurulmaq, bərbad edilmək, közərmək;rouge-qırmızı boya,ənlik(alovdan göy üzünün allanması);rough-coşqun, sərt, vəhşi, narahat, nadinc, guruldamaq, coşmaq, şiddət etmək,azğın,qızğın;rouse-oyandırmaq, ayıltmaq, qaldırmaq, həyəcanlandırmaq, acıqlandırmaq,yatanı durğuzmaq;roo-kenquru,yəni bu heyvan kimi sıçrayan,tullanan;vulkanın püskürməsini xatırlamaq bu sözün haradan qaynaqlandığını dərk etməyə kifayət edər;roof-dam örtüyü, üst,baş,zirvə,tavan;yenə vulkan kraterinə aid termindir;room-kamera,yeraltı məskən,qəbir;ropy-yapışqan,qatı,özünə yapışdıran,cəzb edən,içinə çəkən,qır-saqqız;neft və qırı bildirir; rout-dağıtmaq,darmadağın etmək,qatar-qatar,yığın-yığın gəlmək,roy; row-səs-küy salmaq, uğultu, gurultu, partıltı, qəzəbləndirmək, oyandırmaq;rowdy-səsli-küylü,qəzəbli,coşqun,qızğın və s.
Qədim finikiyalıların dilindən bəhrələnən ivrit dilində roaş-səs-küy,roam-göy guruldaması,gurultu, partıltı;roxsan-ildırım,şimşək;roş-zirvə, təpə, uc, baş, kəllə; rov-bol-bol,çoxlu;roqez,roqza-qəzəb,həyəcan, acıq, hirs, narahatlıq; roqem -kurqan, qəbir üstündəki daş topası;roqeş-həyəcanlanan; romem-yüksəlmiş, qalxmış, ucalmış;roem-gurultulu, partıltılı,çox uca, gur səsli;roteax-coşan , qaynayan, təlatümlü, coşqun, qaynar,odlu;roa-zərər verən və s.
Şumer-akkad dilində romu-yuxarıdan salmaq,tullamaq,aşağı düşürmək; rosâbu(rasâpu, rasâbu)-dağıtmaq,altını üstünə çevirmək, uçurmaq; roqû(raqû)-bir şeyin altında, məsələn yerin altında gizlətmək və s.
Rus dilində roq-buynuz(sonradan heyvanların başından çıxıb şişlənməsi fiziki bioloji hərəkətin ifadəsidir), robet-qorxmaq,rodit-doğmaq,rov-qazıb çıxarmaq, rovenya-arı pətəyi,roy-yuvadan çıxmış arı beçə ailəsi,rokot-uğultu, gurultu, rost-boy atma,rokot-uğultu,gurulti,patrlayış səsi və s.Bu cür uyğun və oxşar cəhətləri istənilən qədər tapmaq olar.
Sadaladığımız bütün terminlər vulkan kraterinin təpəsində,zirvəsində,"başında" partlayışın baş verməsini,gurultu,partıltı ilə qaynayıb-daşan,püskürüb ətrafa od,kül,daş parçaları səpən,yerin altını üstünə çevirən,yoluna çıxan hər şeyi yandırıb yaxan lavanı,alovun,tüstünün və külün göylərə ucalmasını,göy üzünü tüstü və külün bürüyərək Günəşin qabağını kəsməsini, qaranlıq,tutqunluq yaratmasını,insanların bu təbiət hadisəsindən keçirdikləri qorxu,həyəcan hisslərini ifadə edir.
Hətta şumer dilində adâru (azər) sözü -1)qorxmaq,çəkinmək,hürkmək,2) ərtafa qaranlıq çökməsi,tutqunlaşma mənasında işlədilmişdir.
Neft-qaz yataqları ilə zəngin olan torpaqlarımızda min illər əvvəl açıq neft-qır gölməçələrinin olmasını,vulkan püskürmələrini xatırladan təbiət hadisələrinin baş verməsini,ətrafa neft,qır,alov səpələnməsini, palçıq vulkanlarının tüğyan etməsini tarixi qaynaqlar da təsdiq edirlər.
Nəticə budur ki,-ro-yerin altından çıxan,səsli,gurultulu,ətrafa səpələnən, qorxu və dəhşət yaradan,odlu,odda yanan maye deməkdir...
Pat-qədim finikiyalıların dilində "pi+at" komponentlərindən formalaşan,sadə yox,əslində bitmiş məna kəsb edən mürəkkəb söz olmaqla "aşıb-daşan su" deməkdir.Həmin sözü mənimsəyən şumer, assur, akkad, yunan,latın, ərəb, yəhudi,ispan, pəhləvi, fars, ingilis, slavyan, sanskrit və s. dillər onu bu gün də "su" kimi sağa-sola işlədirlər.(Mesopotamiya,yəni iki çayarası)-ölkə, Ekpatan-şəhər,Hipopotam -su heyvanı,Nep(a)tun-dəniz tanrısı, Azərbaycanda Potu-kənd, Lökpatan, Patamdar - qəsəbə,latınca op(a)ticus-göz;gözdən bulaq kimi qaynayıb daşan,yanaqlardan süzülən göz yaşlarını xatırlamaq kifayət edər ki,bu sözün hansı mənaya kökləndiyini dərk edəsən;rus dilində -pot,yəni dəridən,bədənin içindən çıxan su,tər;Velikiy Potop-Böyük daşqın və s.minlərlə söz).Yunan dilində pi-su,potamos-çay deməkdir. Qədim finikiyalıların (hananeylərin) birbaşa varisləri olan türk dilində batmaq,bataq və s.
Ena-finikiyalıların dilində cəm olma yerini,məskəni,yunanca geniş ərazini, məkanı, yayılma arealını bildirir.
Pat komponenti ilə birləşən -ena,patena,yəni bu gün də fəxrlə səsləndirdiyimiz "VƏTƏN" sözünün güzgüsüdür.Ona görə bu sözlə yanaşı "ANA" sözünü də işlədirik ki,vətən həm də "bitən,bətn" deməkdir.Rusca "родина", hərfən "içərisindən doğulan, bayıra çıxan,yəni bətn" mənasını verir.
Xatırlasaq ki,şumer dilində patu, yunan dilində patra,assur dilində isə atra "vətən" bildirir,onda doğma yurdumuzun adının nə qədər önəm daşıdığını,qədimliyini bir daha duymuş olarıq. Türk dillərində azar, azarlamaq isə məhz insanların hərarətinin qalxmasını,atəşi olmasını bildirir.
Beləliklə,Azərbaycan toponimi Atropatena sözündən rişələnən söz olub "Yerin altından çıxan,yanar odlu su ölkəsi" deməkdir.Neft mədənlərinin yerin üst təbəqəsinə yaxın olduğu ərazilərdə qaz qarışıq neftin zaman-zaman fontanla bayıra çıxması,yanması barədə ən qədim tarixi mənbələrdə məlumatlar kifayət qədərdir.Baxaq...
Yanardağ - Bakı şəhəri yaxınlığında Abşeron yarımadasında, Xəzər dənizinin sahilində, Məhəmmədi kəndi ərazisində, dağın ətəyində təbii qazın çıxması nəticəsində alovlanan, tarixi bilinməyən təbiət abidəsidir.Erkən orta əsrlər dövrünü işıqlandıran bir çox mənbələrdə Bakı şəhərinin Xəzər dənizi sahillərində gecə-gündüz yanan torpaq və yanan suyun olması ilı bağlı maraqlı məlumatlar verilmiş, ərazi Atəş-i Baquan adlandırılmışdır. Ərazidə "əbədi odların" olması və onların gecə-gündüz yanması ilə bağlı məlumat verən, belə ilk mənbələrdən hələ ki, birincisi bizanslı Paniyalı Priskdir. Prisk V əsrin əvvəllərində Qafqaz Albaniyası Bakısını təsvir edərkən "sualtı qayadan qalxan od"dan söz açaraq yazır. "Kaspi dəniz sahillərində sualtı qayalar mövcuddur ki, buradan gecə-gündüz od çıxır. Odun şöləsi ay işığında daha füsünkar görsənərək ətraf sahil torpaqları öz işığında görünən edir".
Azərbaycan ərazisində yerin altından çıxan odla bağlı əl-Məsudinin "Muruc əz-zəhəb və məavhin-əl cavhar", əl-Farisi əl-İstəxrinin "Kitab əl-masalik vəl-mamalik" ("Yollar və məmləkətlər haqqında kitab"), əl-Müqəddəsinin "Əhsən ət-təqasim fi mərifət əl-əqalim" ("İqlimlərim öyrənilməsi üçün ən yaxşı bölgü"), Əbu Həmid əl-Əndəlusi əl-Qərnatinin "Tuhfət əl-əlbab və nuxbat əl-əcab" ("Ağıllara töhfə və möcüzələrin seçilməsi"), Yaqut İbn Abdullah ər-Rumi əl-Həməvinin (1179-1229) "Mucəm əl-Büldən" ("Ölkələrin lüğəti"), Əbu Duləf əl-Yənbuinin "Risalələr", Х əsrə аid "Hudud əl-Аləm" аdlı müəllifi məlum оlmаyаn və s. və ilaxır əsərlərdə rast gəlinməkdədir.
İndi isə xaricdə nəşr olunmuş xəritəyə diqqət yetirək:
Səlcuq İmperiyasının şimalında Atropatena ərazisi göstərilmişdir.Halbuki Atropatena eramızın III əsrində tarix səhnəsindən çıxmış,Səlcuq İmperiyası isə yalnız XI əsrdə yaranmışdır.Digər xəritəyə diqqət yetirsək Atropatenanın ərazisinin sərhədlərindəki fərqi aydın görə bilərik.Bütün bunlar saxtakarlıqda yetənəkli tədqiqatçıların əməyinin məhsuludur.
Bu xəritələrdə gördüyünüz kimi Atropatenanın şimal sərhədləri Araz çayı ilə məhdudlaşır.Onda məntiqli bir sual ortaya çıxır;Bu xəritədə göstərilən Atropatena ərazisində açıq neft yataqları,palçıq vulkanları,yerdən çıxan od mədənləri və dəniz vardımı?
Cənubi Azərbaycanın Muğan bölgəsində,Qırlı bulaq və Qırlı kəndlərində neftin yerdən bulaq kimi qaynayıb axması bu gün də müşahidə olunur.Aslandüz, Biləsuvar və Xoruzlu mahallarındakı neft yataqlarının mövcudluğu qədim dövrdən bəllidir.Eləcə də Midiyada "Midiya yağı" adlanan neftdən, əsasən, hərbi məqsədlər üçün istifadə edilirdi.Şəhər əhalisi təhlükə yarananda küçələrə neft tökür və düşmən əsgərləri şəhərə daxil olanda od vururdular.Sürətlə yayılaraq hər yeri bürüyən alov düşməni qaçmağa vadar edirdi.
Lakin bu tarixi məlumatlar heç də əsas vermir ki,Atropatena deyəndə onu xəritədə göstərilən sərhədlər daxilində başa düşəsən.Söhbət yerin altından təbii yolla üzə çıxan, zaman-zaman fontan vuran,alov püskürən neft-qaz yataqlarından,palçıq vulkanlardan və ən əsası Xəzər dənizindən gedir.Bu isə yalnız Şimali Azərbaycanın ərazisinə,xüsusilə də Abşerona uyğun gəlir.Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycan Respublikasında 16000 km² ərazidədır.Bu sirli və möhtəşəm təbiət təzahürü bütün forma və çeşid müxtəlifliyi ilə burada özünü göstərmişdir.Bu səbəbdən də Azərbaycan palçıq vulkanlarının diyarı hesab olunur. Ölkəmizdə palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan, Aşağı Küryan çökəkliyi, Bakı arxipelaqı və c. ərazilərdir.Konusları normal inkişaf etmiş vulkanlar olduqca çox yayılmışdır. Bunlara Keyrəki, Ağtirmə, Gülbaxt, Böyük Kənizədağ, Torağay, Kalmas, Kürsəngi və s. aiddir. Dəniz vulkanları,ada və sualtı növlərə ayrılmaqla Abşeron və Bakı arxipelaqlarının ada və saylarının hamısı mənbə etibarilə,onunla bağlıdır. Bu vulkanların püskürməsi kifayət qədər təhlükə yaradır.Məsələn, XV əsrdə Azərbaycanın Köhnəgədi kəndini püskürən vulkan palçığı altında basdırmışdır.
Beləliklə,tam əsasla bildirirəm ki,Atropatena daha çox indiki Azərbaycanın ərasizini əhatə edirdi və ona yuğun gəlir.