Gündəm
Hasilat Sənayesində Şəffaflıq üzrə hesabatı hazırlayacaq qalib şirkətin adı açıqlanıb
Azərbaycan Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatların, ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrinin iştirakı ilə növbəti iclası keçirilib.
Bakcell əlilliyi olan uşaqlar üçün inklüziv təhsil və bərabər hüquqları təşviq edir
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin “ASAN Radio” ilə hazırladığı “Qlobal məqsədlər” verilişinə dəstək göstərir. “Qlobal Məqsədlər” verilişinin növbəti buraxılışında dayanıqlı inkişaf məqsədlərinə nail olmaq işində inklüziv təhsilin rolu müzakirə ediləcək.
Bahar Muradova: "Prezidentin bu fərmanı çox əlamətdar haldır"
Prezident İlham Əliyevin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı fərmanı çox əlamətdar haldır.
Yıldırmdan ABŞ-a mesaj: Öz işinlə məşğul ol, Türkiyədəki seçkilərlə yox
Türkiyənin Baş naziri Binəli Yıldırım ABŞ-a “öz işləri ilə məşğul olmağı” məsləhət görüb.
Paytaxt və regionlarda yeni xalça emalatxanaları və xammal tədarükü məntəqələri tikilir FOTOLAR
Bu il Bakıda, Naxçıvanda, Abşeronda, Lənkəranda, Biləsuvarda, Kürdəmirdə, Qobustanda, Şabranda, Tərtərdə və Goranboyda xalça istehsalı emalatxanalarının tikintisi başa çatdırılacaq.
Əflatun Amaşov Ombudsmanın fəaliyyətinə iradını bildirib
Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov Ombudsmanın fəaliyyətinə iradını bildirib.
Dirijor Əyyub Quliyev Polşada beynəlxalq festivalda çıxış edib
17-20 aprel tarixlərində Polşanın Katovitsa şəhərində simfonik orkestrlərin VI beynəlxalq festivalı təşkil edilib.
Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün YENİ ADDIM
Yaxın zamanlarda Azərbaycanda 2018-2020-ci illər üçün “Sağlamlıq turizminin inkişafı üzrə fəaliyyət planı” təqdim olunacaq.
Hacıqabulda sahibkarlara güzəştli kreditlər verilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir.Nazirlikdən “Olaylar”a verilən məlumata görə, aprelin 20-də bu istiqamətdə növbəti tədbir Hacıqabul rayonunun Navahı qəsəbəsində keçirilib.100-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forumda sahibkarlara güzəştli kreditlərin verilməsi mexanizmi barədə məlumat verilib, Hacıqabul Sənaye Məhəlləsində sənaye məhsullarının istehsalı və emalı ilə bağlı hazırlanan kompozit və plastik qablaşdırma materiallarının istehsalı məssisələrinin, həmçinin rayonda prioritet hesab edilən quru meyvə istehsalı müəssisəsinin, müasir cins heyvandarlıq və taxıl anbarı kompleksi, intensiv bağçılıq, pambıqçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
AZTA Qazaxıstanda keçirilən beynəlxalq sərgidə
Azərbaycan Turizm Assosiasiyası (AZTA) Qazaxstanın Beynəlxalq XVIII “Turizm və Səhayətlər” Sərgisində (KITF -2018) iştirak edir. “OLAYLAR” xəbər verir ki, AZTA sədri Nahid Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti sərgi iştirakçılarına Azərbaycanın turizm potensialı haqqında geniş məlumat verir və xüsusi reklam materialları təqdim edirlər. Azərbaycan stendi içtirakçılar tərəfindən böyük maraqla qarşılanır.
Universitetlər arasında əməkdaşlıq protokolu imzalanıb
Yıldız Teknik Universitetinin rektoru, professor Bahri Şahin və universitetin dekanı dr. Sezgin Bakırdere Bakı Mühəndislik Universitetində olub. “OLAYLAR”-a təhsil ocağından bildirilib ki, geniş tərkibdə təşkil olunan görüşdə BMU-nun struktur bölmə rəhbərləri də iştirak edib.
Növbəti qalib komanda müəyyənləşib
Paytaxt məktəblilərindən ibarət daha 4 komanda “Hazırcavablar” intellektual teleoyununda yarışıb. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 59, 162, 232 nömrəli tam orta məktəblərin və 72 nömrəli məktəb-liseyin şagirdləri “Dil və ədəbiyyat”, “Tarix”, “İnformatika”, “Səyyahlar” və “Ordan-burdan” bölmələri üzrə sualları cavablandırıb. İntellektual teleoyunun nəticələrinə əsasən, 72 nömrəli məktəb-liseyin komandası qalib gəlib.
Azərbaycanl gənc Bolqarıstanda bir sıra tədbirlərdə iştirak edib
Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə Bolqarıstanda “Əhali və İnkişaf üzrə Beynəlxalq Konfrans üzrə Məsləhətləşmələr” və “Avropa İttifaqı Gənclər Konfransı”da iştirak edib. “OLAYLAR” xəbər verir ki, BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən məsləhətləşmələrdə Şərq Tərəfdaşlığı və Qərbi Balkan ölkələrindən olan gənclərlə təhsil, səhiyyə, məşğulluq və iştirakçılıq mövzularında müzakirə aparılıb. Müzakirə nəticəsində gənclər tərəfindən ortaq problemlər, çağırışlar müəyyənləşdirilib və bu istiqamətdə təkliflər irəli sürülüb. Gənclər tərəfindən hazırlanan təkliflər BMT-nin Əhali Fondu tərəfindən hazırlanmaqda olan strategiyada nəzərə alınacaq.
Xəstəyəm deyib işdən ayrılan qadın polis bir anda məşhur oldu - FOTOLAR
İngiltərənin Linkolnşir şəhərində polis işləyən çavuş Linne Kardünya səyahəti zamanı çəkdirdiyi fotoları ilə "Instagram"ın fenomeninə çevrilib.














