Azərbaycanl gənc Bolqarıstanda bir sıra tədbirlərdə iştirak edib
Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə Bolqarıstanda “Əhali və İnkişaf üzrə Beynəlxalq Konfrans üzrə Məsləhətləşmələr” və “Avropa İttifaqı Gənclər Konfransı”da iştirak edib. “OLAYLAR” xəbər verir ki, BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən məsləhətləşmələrdə Şərq Tərəfdaşlığı və Qərbi Balkan ölkələrindən olan gənclərlə təhsil, səhiyyə, məşğulluq və iştirakçılıq mövzularında müzakirə aparılıb. Müzakirə nəticəsində gənclər tərəfindən ortaq problemlər, çağırışlar müəyyənləşdirilib və bu istiqamətdə təkliflər irəli sürülüb. Gənclər tərəfindən hazırlanan təkliflər BMT-nin Əhali Fondu tərəfindən hazırlanmaqda olan strategiyada nəzərə alınacaq.
20 Aprel 2018 16:19 SosialGənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə Bolqarıstanda "Əhali və İnkişaf üzrə Beynəlxalq Konfrans üzrə Məsləhətləşmələr" və "Avropa İttifaqı Gənclər Konfransı"da iştirak edib. "OLAYLAR" xəbər verir ki, BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilən məsləhətləşmələrdə Şərq Tərəfdaşlığı və Qərbi Balkan ölkələrindən olan gənclərlə təhsil, səhiyyə, məşğulluq və iştirakçılıq mövzularında müzakirə aparılıb. Müzakirə nəticəsində gənclər tərəfindən ortaq problemlər, çağırışlar müəyyənləşdirilib və bu istiqamətdə təkliflər irəli sürülüb. Gənclər tərəfindən hazırlanan təkliflər BMT-nin Əhali Fondu tərəfindən hazırlanmaqda olan strategiyada nəzərə alınacaq.
17-19 tarixlərində keçirilən Avropa İttifaqı Gənclər Konfrası 28 Avropa İttifaqı ölkəsi, Qərbi Balkan və Şərq Tərəfdaşlığı ölkələrindən 250-dən çox gənci bir araya toplayıb. Konfransın keçirilməsində məqsəd Avropa İttifaqının Gənclər Strategiyasında yer alacaq "Avropa İttifaqının Gənclik Məqsədləri"nin gənclər tərəfindən müəyyənləşdirilməsidir.