AZTA Qazaxıstanda keçirilən beynəlxalq sərgidə

Azərbaycan Turizm Assosiasiyası (AZTA) Qazaxstanın Beynəlxalq XVIII  “Turizm və Səhayətlər” Sərgisində (KITF -2018) iştirak edir. “OLAYLAR” xəbər verir ki, AZTA sədri Nahid Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti sərgi  iştirakçılarına Azərbaycanın turizm potensialı haqqında geniş məlumat  verir və xüsusi reklam materialları təqdim edirlər. Azərbaycan stendi  içtirakçılar tərəfindən böyük maraqla qarşılanır.

Azərbaycan Turizm Assosiasiyası (AZTA) Qazaxstanın Beynəlxalq XVIII 
"Turizm və Səhayətlər" Sərgisində (KITF -2018) iştirak edir. "OLAYLAR" xəbər verir ki, AZTA sədri Nahid Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti sərgi  iştirakçılarına Azərbaycanın turizm potensialı haqqında geniş məlumat  verir və xüsusi reklam materialları təqdim edirlər. Azərbaycan stendi  içtirakçılar tərəfindən böyük maraqla qarşılanır.
Sərgi çərçıvəsində AZTA nümayəndə heyəti digər ölkələrin nümayəndələri  ilə bir sıra məhsuldar görüşlər keçirib və əməkdaşlığın inkişaf  perspektivləri haqqında müzakirələr aparılıb. İlkin nəticələr əldə  olunub. Azərbaycanın turizm imkanlarına marağı nəzərə alaraq, AZTA artıq KITF -2019 sərgisində iştirakı barədə xüsusi müqavilə imzalayıb. Sərgidə aktiv iştirakına görə AZTA təşkilatçılar tərəfindən Sertifikatla  təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31