Universitetlər arasında əməkdaşlıq protokolu imzalanıb

Yıldız Teknik Universitetinin rektoru, professor  Bahri Şahin və  universitetin  dekanı dr. Sezgin Bakırdere Bakı Mühəndislik Universitetində olub. “OLAYLAR”-a təhsil ocağından bildirilib ki, geniş tərkibdə təşkil olunan görüşdə BMU-nun  struktur bölmə rəhbərləri də iştirak edib.

Yıldız Teknik Universitetinin rektoru, professor  Bahri Şahin və  universitetin  dekanı dr. Sezgin Bakırdere Bakı Mühəndislik Universitetində olub. "OLAYLAR"-a təhsil ocağından bildirilib ki, geniş tərkibdə təşkil olunan görüşdə BMU-nun  struktur bölmə rəhbərləri də iştirak edib.

Universitetin rektoru, professor  Havar Məmmədov  Azərbaycan Türkiyə əlaqələrinin bütün sahələrdə olduğu kimi təhsil sahəsində də yüksək səviyyədə olduğunu qeyd edib. Rektor qonaqlara gənc universitet olan Bakı Mühəndislik Universitetinin fəaliyyəti və hədəfləri   barədə ətraflı məlumat verib. Qeyd edib ki, universitetin kadr potensialı və maddi-texniki bazası yüksək səviyyədədir. İxtisasların əksəriyyətində tədris  ingilis dilində aparılır və universitetdə geniş imkanları olan texnopark da fəaliyyət göstərir. Bu göstərdiklərim müsbət amil olsa da gənc universitet olduğumuz üçün inkişafımızın sürətlənməsində beynəlxalq əməkdaşlığın rolu böyükdür. Bu baxımdan düşünürəm ki, sizinlə əməkdaşlıq  bizim nəaliyyətlərimizə töhvə olacaq.

Yıldız Teknik Universitetinin  rektoru, professor  Bahri Şahin  rəhbərlik etdiyi universitet haqqında məlumat verib. Bildirib ki, 37915 tələbənin təhsil aldığı universitetdə 11 fakültə hər fakültənin tərkibində də bir neçə ixtisas fəaliyyət göstərir. Adından göründüyü kimi texniki universitet olsa da iqtisadi və pedoqoji ixtisaslarda mövcuddur. Dünya üzrə 661 universitetlə əməkdaşlıq edirik ki, bunlardan da 6-sı Azərbaycan universitetləridir. Bu gündən isə bu əməkdaşlığımıza Bakı Mühəndislik Universiteti də qoşulacaq. Əməkdaşlığımız çərçivəsində müəllim - tələbə mübadiləsi, birgə elmi konfranslar, seminarlar, texnoparklar arası layihələr və bu kimi digər fəaliyyətlər həyata keçirəcəyik.

Sonda rektorlar tərəfindən universitetlər arasında əməkdaşlıq protokolu imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31