"Audatex" sisteminin tətbiqi üzrə işçi qrupunun görüşü keçirilib

Audatex sisteminin tətbiqi üzrə işçi qrupunun görüşü keçirilib.

Audatex sisteminin tətbiqi üzrə işçi qrupunun görüşü keçirilib.

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə "Audatex" sisteminin tətbiqi üzrə işçi qrupunun görüşü baş tutub.

ASA-dan verilən məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, sədr müavini və Birliyin nümayəndələri, Audatex Azərbaycan şirkətinin nümayəndələri, MBNP-nin əməkdaşı Aqşin Əlizadə, eləcə də, işçi qrupunun üzvü olan sığorta şirkətlərinin zərər tənzimlənməsi üzrə məsul şəxsləri iştirak edib.

Görüş zamanı Audatex Azərbaycan şirkəti tərəfindən Azərbaycan bazarına uyğun iki model üzrə müzakirələr aparılıb. Təklif edilən modellərdən biri Amortizasiya, digəri isə Auksion (Hərrac) modelidir.

Amortizasiya modelində bütün avtonəqliyyat vasitələri üzrə ehtiyat hissələrinin qiyməti əvvəldən müəyyənləşdirilir, avtonəqliyyat hadisəsi baş verdiyi halda isə avtonəqliyyat vasitəsinin ehtiyat hissəsinin dəyəri hər istifadə ilinə görə köhnəlmə əmsalı tətbiq edilərək hesablanır.

Auksion (Hərrac) modelində isə avtonəqliyyat hadisəsi baş verən halda sığorta şirkəti həmin avtonəqliyyat vasitəsinin şəkillərini sistemə daxil edir, reyestrə daxil edilən təmir müəssisələri həmin avtonəqliyyat vasitəsinin şəkillərinə əsasən təmir xərcini qeyd edirlər. Sığortaçı daha münasib hesab etdiyi təmir müəssisəsini seçərək avtonəqliyyat vasitəsini orada təmir etdirir və təmir xərcini birbaşa təmir müəssisəsinə ödəyir.

Görüş zamanı sığortaçılar tərəfindən hər iki model üzrə öz mövqe və yanaşmalar təqdim edilərək geniş müzakirələr aparılıb. Görüşün yekunu olaraq Auksion modelinin daha məqsədəmüvafiq olacağını bildirib. Lakin bu modelin və bununla bağlı qaydaların təkmilləşdirilməsinin zəruriliyi vurğulanıb. Bununla yanaşı, sığortaçılar bir neçə real hadisələr üzrə zərər tənzimlənməsinin bu sistem üzrə həyata keçirərək onun effektivliyini test etməyə qərar verdilər.

Qeyd edək ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində fəaliyyət göstərən Audatex sisteminin tətbiqi üzrə işçi qrupunun sayca ikinci görüşü idi. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31