ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər

ABŞ Konqresinin senatorları Ceyms Lenkford və Djin Şaxin, Türkiyə amerikalı keşişi həbsdən azad etməyəcəyi təqdirdə Ankaraya qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Trend-in məlumatına görə, amerikalı senatorlar rəsmi Ankaranı iqtisadi sanksiyalarla təhdid ediblər.

Qeyd edək ki, amerikalı keşiş Endry Branson 2016-cı ildə Türkiyədə hərbi çevrilişə cəhddə iştirakda ittiham olunaraq həbs olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31