Gündəm

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

30 Aprel 2018 16:59

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında” 9 aprel 2018-ci il tarixli Sərəncamını xatırladaraq, sənədə əsasən hər il martın 27-nin ölkəmizdə Elm günü kimi qeyd ediləcəyini bildirib. Akademik dövlət başçısı tərəfindən imzalanan Fərman və Sərəncamların ölkəmizdə elmin inkişafına göstərilən yüksək diqqət və qayğının göstəricisi olduğunu vurğulayıb.

Salyanda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur

30 Aprel 2018 16:56

Salyan rayonunda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur. “OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki,  söhbət uzunluğu 13.1 km olan yerli əhəmiyyətli Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu kəndlərarası avtomobil yolundan gedir.

Putin Makronla telefonda İranı müzkirə etdi

30 Aprel 2018 16:40

Rusiya prezidenti fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb. Məlumata görə, telefon söbbəti barədə Kremlin mətbuat xidməti xəbər yayıb. Məlumata görə, iki ölkə lideri arasında telefon söhbəti zamanı İranla nüvə sazişi ətrafında müzakirə aparılıb.

Paşinyan: Bakı silahlanır, Rusiya ilə danışacağıq...

30 Aprel 2018 16:37

Avropa Birliyi ilə müqavilə imzalayıb, ratifikasiya etmişik. Biz bu razılaşmanı reallaşdırmaq istəyirik. Bunu BBC-yə müsahibəsində Ermənistan müxalifətinin lideri Nikol Paşinyan deyib.