Silsilə oğurluqla məşğul olan 2 yeniyetmə saxlanıb

Oğurluqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.

DİN-dən "Olaylar"a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da rayon ərazisində 1 avtomobildən bankomat kartları oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri olan 2 yeniyetmə saxlanılıb. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların həmin gün daha 2 avtomobildən oğurluğa cəhd göstərmələri, habelə 6 avtomobildən pul, mobil telefon və bankomat kartları oğurlamaları da müəyyən edilib.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31