Təhsil işçilərinə məzuniyyət verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur
30 Aprel 2018 16:53 SiyasətAzərbaycanda Əmək Məcəlləsinə bəzi təhsil işçilərinə əmək məzuniyyətinin verilməsi ilə bağlı dəyişiklik edilməsi təklif olunur.
Dəyişikliyə əsasən, uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara, metodistlərə, defektoloqlara, loqopedlərə, musiqi rəhbərlərinə, psixoloqlara əmək məzuniyyəti 42 təqvim günü müddətində verilməlidir.
Məcəllənin hazırkı variantına görə, uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, musiqi rəhbərlərinə, praktik psixoloqlara əmək məzuniyyəti 42 təqvim günü müddətində verilir.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31