Salyanda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur
Salyan rayonunda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur. “OLAYLAR”-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, söhbət uzunluğu 13.1 km olan yerli əhəmiyyətli Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu kəndlərarası avtomobil yolundan gedir.
30 Aprel 2018 16:56 SosialSalyan rayonunda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur. "OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, söhbət uzunluğu 13.1 km olan yerli əhəmiyyətli Arbatan-Marışlı-Seyidsadıqlı-Quyçu kəndlərarası avtomobil yolundan gedir.
Bildirilib ki, tikinti layihəsinə uyğun olaraq hazırda 900 kub.m ölçüdə yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır. Bu işlərə paralel olaraq yol boyu 52 min kv.m sahədə çiyin hissələrin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri də görülür. Tikinti norma və standartlarına uyğun olaraq növbəti mərhələdə 131 min kv.m həcmdə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası, həmçinin xırda və iri dənəli asfalt-beton qarışığından istifadə edilməklə asfaltlanma işləri aparılacaq. Yolun 79 min kv.m sahəsinə standartlara cavab verən yüksək keyfiyyətli asfalt-beton örtük döşənəcək.
Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılır. Ümumilikdə yol boyu 72 paqon-metr 300 mm diametrli dəmir, 84 paqon-metr 500 mm, 60 paqon-metr 750 mm və 60 paqon-metr 1000 mm diametrli dəmir-beton boruların quraşdırılması nəzərdə tutulub.