Gündəm

Hacıdan şok açıqlama: “Hamısı keçmiş həyat yoldaşlarımdır”

30 Aprel 2018 16:32

Tanınmış teleaparıcı Hacı Nuran şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Nuran aşiq olduğu qadının da adını açıqlayıb: “Bir il öncə Meray Kerridən çox xoşum gəlirdi. Bakıya gələndə onunla foto çəkdirdim. Selin Dionun da aşiqiyəm, o mənim üçün əlçatmaz qadındır. Kaş onunla görüşə biləydim”.

"ASAN Ödəniş" sistemindən  YENİLİK

30 Aprel 2018 16:23

Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılmış “ASAN ödəniş” sistemi əhaliyə daha bir yenilik təqdim edir. Belə ki, vətəndaş əlçatanlığının təmin edilməsi məqsədi ilə bütün ödəniş portallarının və ödəniş terminallarının, eləcə də elektron bankçılıq xidmətlərinin “ASAN Ödəniş” sisteminə inteqrasiya imkanları yaradılıb.

Xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rikanın xarici işlər naziri ilə görüşüb

30 Aprel 2018 16:17

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Kosta Rikanın xarici işlər naziri Manuel Qonsales Sanz ilə görüşüb. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazirlər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə ediblər. Nazir Elmar Məmmədyarov iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişafına verdiyi töhfəsinə görə həmkarını XİN-nin Fəxri diplomu ilə təltif edib.

Salaha 3 oyunluq cəza

30 Aprel 2018 16:16

Liverpulun parıldayan ulduzu misirli Məhəmməd Salah 3 oyunluq cəzalandırıla bilər.  Salah İngiltərə Futbol Assosiyasiyası tərəfindən cəzalandırılacağı təqdirdə 3 oyunu yəni "Brayton", "Çelsi" və yeni mövsümün ilk oyununu buraxmalı olacaq. 

Ermənistandan sonra sırada Gürcüstandır?

30 Aprel 2018 16:11

Ermənistanın ardınca indi də Gürcüstanda siyasi proseslər arzuedilməz məcraya qədəm qoyur.  Hər halda keçmiş baş nazir Bidzina İvanaşvilinin yenidən siyasi meydana qayıtmaq istəyini açıqlaması, eləcə də sabiq prezident Mixail Saakaşvilinin yenidən Gürcüstana qayıtmaq istəyinin baş qaldırması bütün bunları deməyə əsas verir.  Təsadüfi deyil ki, bəzi Qərb analitikləri də  Gürcüstanda yeni demokratiya dalğasının başladığıni proqnozlaşdırırlar.

Repressiya, yoxsa sevgi qurbanı? - Xədicə Qayıbova

30 Aprel 2018 16:08

Azərbaycanın ilk pianoçularından biri Xədicə Qurbanova 1893-cü ildə Tiflisdə müsəlman ruhanisi Osman Müftizadənin ailəsində dünyaya gəlib. "Müqəddəs Nina" qızlar məktəbində fortepiano üzrə xüsusi kurs bitirib. 1911-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycanın ilk şəfqət bacısı Nigar Şıxlınskiyanın qardaşı mühəndis Nadir Qayıbovla ailə həyatı qurur. 1919-cu ildə ailəsi ilə birlikdə Bakıya köçür. Xədicə Qayıbova fortepianinoda xalq mahnıları muğamlar əsasında improvizasiyalarla çıxış edib. 

Oksananın arxivi FOTO

30 Aprel 2018 16:01

Rəqqasə Oksana Rəsulova uşaqlıq fotosunu üzə çıxarıb. SİA-nın məlumatına görə, rəqqasə həmin şəkli sosial şəbəkədə paylaşıb. O, şəkilə “Deməyin ki, oxşamıram? 5 yaşım olanda mən” sözlərini yazıb.