Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) batan gəminin qalıqları tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman bildirib.

O qeyd edib ki, gəminin qalıqları 550 metr dərinlikdə aşkarlanıb.

Ərazidə axtarış işləri fasiləsiz davam etdiriləcək.

Qeyd edək ki, avqustun 30-da Şimali Kipr sahillərində sərnişin gəmisi batıb. Qəza nəticəsində 8 nəfərin öldüyü, 241 sərnişinin isə xilas edildiyi bildirilir. Daha 20 nəfərin itkin düşdüyü və onların axtarışlarının davam etdiyi qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31