Narkotik vasitə becərən şəxs tutulub

Hacıqabul rayonunda narkotik vasitənin yetişdidrilməsi faktı aşkar edilib.

DİN-dən "Olaylar"a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş Füzuli Mehdiyevin ətrafında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb. Nəticədə onun şəhər kənarında kultivasiya yolu ilə yetişdirdiyi 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31