Geqam Manukyan: Ermənistan acınacaqlı vəziyyətdədir – ÖZƏL
14:33 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın "Ermənistan" blokundan olan deputatı Geqam Manukyan Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Nikol Paşinyanın Bişkekdəki görüşünü şərh edərkən ölkənin hazırda acınacaqlı vəziyyətdə olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya rəhbəri diplomatik protokoldan kənara çıxaraq kamera qarşısında açıq, sərt ifadələrlə Ermənistan hökumət başçısına öz narazılığını bildirib.
Deputat vurğulayıb ki, Ermənistan hakimiyyəti ilk növbədə Rusiyada yaşayan, çalışan və oraya məhsul ixrac edən vətəndaşları haqqında düşünməlidir. Manukyan Nikol Paşinyanın yürütdüyü mövcud siyasəti "əyalət diribaşlığı" kimi xarakterizə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31