Salaha 3 oyunluq cəza
Liverpulun parıldayan ulduzu misirli Məhəmməd Salah 3 oyunluq cəzalandırıla bilər. Salah İngiltərə Futbol Assosiyasiyası tərəfindən cəzalandırılacağı təqdirdə 3 oyunu yəni "Brayton", "Çelsi" və yeni mövsümün ilk oyununu buraxmalı olacaq.
30 Aprel 2018 16:16 İdmanLiverpulun parıldayan ulduzu misirli Məhəmməd Salah 3 oyunluq cəzalandırıla bilər. Salah İngiltərə Futbol Assosiyasiyası tərəfindən cəzalandırılacağı təqdirdə 3 oyunu yəni "Brayton", "Çelsi" və yeni mövsümün ilk oyununu buraxmalı olacaq.
Olaylar.az Türkiyə mətbuatına istinadən bildirir ki, cəzaya səbəb olaraq Liverpul-Stok Siti qarşılaşması zamanı Liverpullu Salahın Stok Sitili rəqibi Bruno Martinslə mübarizəsi zamanı əli ilə onun başına vurması gğstərilir. Həmin epiozodun İngiltərə Futbol Assosiyasiyası tərəfindən araşdırılacağı və lazimi qərar veriləcəyi bildirilir.