Repressiya, yoxsa sevgi qurbanı? - Xədicə Qayıbova

Azərbaycanın ilk pianoçularından biri Xədicə Qurbanova 1893-cü ildə Tiflisdə müsəlman ruhanisi Osman Müftizadənin ailəsində dünyaya gəlib. "Müqəddəs Nina" qızlar məktəbində fortepiano üzrə xüsusi kurs bitirib. 1911-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycanın ilk şəfqət bacısı Nigar Şıxlınskiyanın qardaşı mühəndis Nadir Qayıbovla ailə həyatı qurur. 1919-cu ildə ailəsi ilə birlikdə Bakıya köçür. Xədicə Qayıbova fortepianinoda xalq mahnıları muğamlar əsasında improvizasiyalarla çıxış edib. 

1933-cü ildə sovet hakimiyyəti onu casusluqda ittiham edərək 3 ay müddətinə həbs edir. Heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edilir.

Onun evində mütəmadi olaraq musiqi məclisləri keçirilirdi. Bu axşamlara Üzeyir Hacıbəyov, Hüseynqulu Sarabiski, Bülbül kimi məşhurlar, xarici qonaqlar gəlirdilər. 

1938-ci ildə Xədicə xanım ikinci həyat yoldaşı Rəşid Qayıboun həbsindən sonra o da saxlanılır. Keçirdiyi bu məclislərdə başqa ölkələrə casusluqda ittiham edilir. 5 həftə ərzində 9 dəfə sorğuya çağırılan Xədicə Qayıbova 1938-ci ildə güllələnir. 

Digər bir versiyaya görə, Azərbaycan KP MK-nin 1-ci katibi Mircəfər Bağırov Xədicə xanımı sevirmiş. Buna görə də onun ailə qurduğu kişilər Bağırov tərəfindən yox edilib. Həbsdə Bağırov sonuncu dəfə ona "hə" cavabını verməsini istəyib. Lakin "yox" deyən Qayıbovanı Bağırov öz əlləri ilə güllələyib və hamının qarşısında hönkür-hönkür ağlayıb. 

Xədicə xanımın qızı Alanqunun tələbi ilə cinayət işinə yenidən baxılır. 1956-cı ildə Xədicə Qayıbovaya ölümündən sonra bəraət verilir.

Olaylar.az "Belə belə işlər"-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31