Ermənistan Rusiya və İrandan qaz tədarükü mexanizmini dəyişmir – ÖZƏL
13:49 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan Rusiya və İrandan mövcud qaz idxalı sxemini dəyişməyi planlaşdırmır. Ölkənin Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin rəsmisi Hovannes Abrahamyan bildirib ki, İrəvan İran qazını Rusiya qazına alternativ kimi görmür və bu istiqamətdə Fövqəladə addımlar atmır. Proses mövcud formatda davam edir.
Hazırda Ermənistanın əsas qaz tədarükçüsü olan Rusiyadan illik tədarük həcmi 2,2 milyard kubmetri aşır (2025-ci ildə 2,23 milyard kubmetr olub). İrandan isə "qaz müqabilində elektrik enerjisi" proqramı çərçivəsində, əsasən istilik elektrik stansiyalarının fəaliyyəti üçün illik 400 milyon kubmetrdən çox (2025-ci ildə 477 milyon kubmetr) qaz tədarük olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31