Kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar edilib
30 Aprel 2018 16:34 KriminalKultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
DİN-dən "Olaylar"a verilən məlumata görə, Balakən RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində yaşayan Asif Məmmədovun həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 21 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31