Gündəm

3 may Türkçülük Günü keçiriləcək

30 Aprel 2018 18:13

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) mayın 3-də Salyan rayonunun Qaraçala qəsəbəsində "3 may Türkçülük günü" ilə bağlı mədəni-kütləvi tədbir keçirəcək.  “OLAYLAR” xəbər verir ki, tədbir Salyan rayon mərkəzində Ümummilli lider Heydər Əliyevin, böyük mütəfəkkir Əli bəy Hüseynzadənin və Türk dünyasının böyük şairi Xəlil Rza Ulutürkün abidələrini ziyarətlə başlayacaq. Tədbirə mayın 3-də Azneft meydanından yola düşüləcək.

M.Ə.Rəsulzadə bələdiyyəsi qəsəbə ziyalısını təbrik edib

30 Aprel 2018 18:08

M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri və bələdiyyə üzvləri qəsəbə ziyalısı, filologiya elmləri doktoru, professor Adil Babayevin evində olub. “OLAYLAR”-a daxil olan məlumata görə,  M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi Dilbər Şükürova, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları Adil Babayevi 80 yaşı münasibəti ilə təbrik etdilər, ona can sağlığı və elmi-yaradıcı fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.

Məktəb komandası teleoyunun qalibi olub

30 Aprel 2018 18:07

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar arasında növbəti intelletual teleoyun təşkil edilib.

Türkiyə əsas HƏDƏFDİR – “Əsrin razılaşması”nın ŞOK DETALLARI

30 Aprel 2018 17:31

Yaxın Şərqin parçalanaraq yenidən dizayn edilməsi üçün tətbiq olunması istənilən “əsrin razılaşması“ layihəsinin hədəflərindən biri Türkiyədir.

Komissiya yaradıldı

30 Aprel 2018 17:06

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Komissiya yaradılıb. Fərmanın icrasının nazirlik tərəfindən aidiyyəti üzrə vaxtında, tam və yüksək səviyyədə təmin edilməsi məqsədilə yaradılan Komissiya bu gün ilk iclasını keçirib.