M.Ə.Rəsulzadə bələdiyyəsi qəsəbə ziyalısını təbrik edib

M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri və bələdiyyə üzvləri qəsəbə ziyalısı, filologiya elmləri doktoru, professor Adil Babayevin evində olub. “OLAYLAR”-a daxil olan məlumata görə,  M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi Dilbər Şükürova, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları Adil Babayevi 80 yaşı münasibəti ilə təbrik etdilər, ona can sağlığı və elmi-yaradıcı fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.

M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri və bələdiyyə üzvləri qəsəbə ziyalısı, filologiya elmləri doktoru, professor Adil Babayevin evində olub. "OLAYLAR"-a daxil olan məlumata görə,  M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi Dilbər Şükürova, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları Adil Babayevi 80 yaşı münasibəti ilə təbrik etdilər, ona can sağlığı və elmi-yaradıcı fəaliyyətində müvəffəqiyyətlər arzulayıblar.

Qeyd edək ki, Adil Məhəmməd oğlu Babayev - filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyasının, AMEA Orfoqrafiya Komissiyasının üzvüdür. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31