“Taxt oyunları”nın məşhur cütlüyü evlənir
30 Aprel 2018 17:39 Dünya"Taxt oyunları" serialında Con Snou obrazı ilə dünya şöhrəti qazanan aktyor Kit Harrinqton sevgilisi Roz Lesli ilə evlənir.
Oxu.Az "Daily Mail"ə istinadən xəbər verir ki, 31 yaşlı aktyorun serialın çəkilişləri zamanı tanış olduğu Lesli ilə toyuna 200 nəfər dəvət ediləcək.

Onların toy mərasiminin vaxtı və zamanı isə mətbuatdan gizli saxlanılır.
Ötən ilin sentyabr ayında nişanlanan cütlüyün toy dəvətnaməsində Kitin serialdakı obrazı - Con Snounun möhürünün vurulduğu bildirilir.

Lesli bu ilin yanvar ayında münasibətlərini daha da irəli aparmaq üçün Kitin İngiltərənin Qərbi Anqliya bölgəsindəki malikanəsinə köçüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31