Ukraynalı deputat: Heydər Əliyev bizə qardaş dəstəyi verib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində ölkələrimiz arasında davamlı iqtisadi və siyasi əməkdaşlıq münasibətləri qurulub. Heydər Əliyev Azərbaycan-Ukrayna strateji müttəfiqliyinin, dostluğunun memarıdır.

Bunu Azərtac-a açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy söyləyib.

"Ukrayna xalqı Heydər Əliyevin xatirəsini çox böyük hörmətlə anır", - deyən deputat bildirib ki, Azərbaycan ilə Ukraynanın beynəlxalq arenada strateji müttəfiqlər kimi tanınması məhz Heydər Əliyevin adı ilə bağlıdır.

"Ukrayna xalqı bu günə qədər Heydər Əliyevin SSRİ dövründə ölkəmizə etdiyi köməyi xatırlayır. Ukraynanın ən ağır illərində Heydər Əliyev ölkəmizə əsl dost və qardaş dəstəyi verib. 1990-cı illərdə məhsul yığımı zamanı Ukrayna yanacaq böhranı ilə üzləşəndə bizə əsl dost yardımını dahi Heydər Əliyev və Azərbaycan xalqı edib", - deputat qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31