“GoldenByte” beynəlxalq İT müsabiqəsi keçirilir
30 Aprel 2018 17:04 İqtisadiyyatAzərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti "AzerTelecom" MMC-ninbaş sponsorluğu ilə STEP Kompyuter Akademiyası tərəfindən təşkil olunan "GoldenByte" beynəlxalq İT müsabiqəsi keçirilir.
"OLAYLAR"-a daxil olan məlumata görə, "GoldenByte" beynəlxalq İT müsabiqəsində ümumilikdə 10 ölkədən 10 mindən çox iştirakçı təmsil olunur və hər bir ölkədə bu yarışma özündə bir neçə mərhələdən - regional seçim turlarından və regional finaldan ibarətdir ki, "AzerTelecom" şirkəti də bu beynəlxalq İT müsabiqəsininAzərbaycanda təşkilinə və sonda ölkəmizi Ukraynada keçiriləcək beynəlxalq final mərhələsində təmsil edəcək qaliblərin müəyyən olunmasınaBaş sponsor qismində dəstək verir.
"GoldenByte" beynəlxalq İT müsabiqəsi yeni istedadlar və ideyalar üçün yaradılmış strartap sənaye platformasıdır. Müsabiqənin əsas məqsədi gənc mütəxəssislərə öz ideya və biznes layihələrini reallaşdırmaq, investor və vençur fondlarına yeni və güclü layihələr axtarışında yardımçı olmaqdır. "GoldenByte" gənc İT mütəxəssislərinə sözügedən sahənin peşəkarlarından faydalı məsləhətlər almaq, yeni əlaqələr qurmaq və ən əsası, öz layihələrinə investisiya cəlb etmək üçün alternativ bir platformadır və ölkəmizin informasiya və kommunikasiya texnologiyaları sahəsində qabaqcıl şirkət olan "AzerTelecom" bu tip layihələrin uğurlu şəkildə reallaşmasında maraqlıdır.
Qeyd edək ki, ölkəmizdə bu beynəlxalq müsabiqəninkeçirilməsi vəregional seçib turlarının baş tutmasına fevral ayından start verilib və bu günə qədər iki regional yarımfinal mərhələsi baş tutub. Regional finalın isə may ayında keçirilməsi nəzərdə tutulub. Regional finalın qalibləri ölkəmizi Ukraynanın Kiyev şəhərində keçiriləcək müsabiqənin beynəlxalq finalında təmsil edəcəklər.