Bərdə sakinin həmkəndlisini güllələyib

Bərdə rayonunun Əmirli kənd sakini Asif Hümbətov ehtiyatsızlıqdan tüfəngdən açdığı atəş Azər Nurəliyevin ölümünə səbəb olub.

DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 29-da saat 16 radələrində Bərdə rayonunun Əmirli kəndində kənd sakini Asif Hümbətov ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşlə həmkəndlisi Azər Nurəliyevin bud nahiyəsinə xəsarət yetirib. Nəticədə A.Nurəliyev xəstəxanaya aparılarkən qanaxmadan yolda ölüb. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən A.Hümbətov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan "İJ-18" markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31