Gündəm

Dəmir yolunun cənub istiqamətində əsaslı təmir işləri aparılır

1 May 2018 12:25

"Azərbaycan Dəmir Yolları” QSC-nin əsas istiqamətləri üzrə baş yollarının əsaslı təmiri davam etdirilir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, mart ayının 18-dən başlayaraq “Şimal-Cənub” layihəsi çərçivəsində Ələt-Osmanlı-Astara sahəsində ilkin olaraq 40 km baş yolun R-65 tipli yarım-yararlı materiallarla əsaslı təmiri aparılır.

Cəbhədən xəbər var

1 May 2018 12:24

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 83 dəfə pozub.

Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr edilmiş media layihəsinin təqdimatı olub

1 May 2018 12:20

“ASAN xidmət”in dəstəyi, Azərbaycan Beynəlxalq Bankının “ASAN Radio” ilə birgə tərəfdaşlığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100-cü ildönümünə həsr olunmuş media layihəsinə start verilib.

Azərbaycanda imamlar 400, imam naibləri 300 manat maddi dəstək alacaq

1 May 2018 12:19

"İmamlar 400 manatdan yuxarı, imam naibləri 300 manatdan yuxarı, mütəvəllilər isə 220-250 manat arası maddi dəstək alacaq".  Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.  O bildirib ki, maddi vəsait alacaq din xadimlərinin siyahısı dəqiqləşib: "Siyahıya əsasən, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təyin etdiyi, məscidlərdə çalışan imam, imam naibləri və mütəvəllilər bank hesablarından ödənişləri ala biləcəklər. Bakı və Bakı ətrafı qəsəbələrdə maddi vəsait alacaq din xadimlərinin siyahısı tam hazırdır, Naxçıvan Muxtar Respublikası da siyahını təqdim edib.

İlahiyyat İnstitutu BDU-nun İlahiyyat fakültəsində fəaliyyət göstərəcək

1 May 2018 12:17

Yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutu Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsində fəaliyyət göstərəcək. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Ukraynada deputatın çənəsini sındırıblar

1 May 2018 12:12

Ukrayna Ali Radasının üzvü Mustafa Nayyem hücuma məruz qalıb. Bu barədə Nayyem “Facebook” səhifəsində məlumat qeyd edib. Məlumata görə, naməlum şəxslər Kiyevin mərkəzində deputatı vəhşicəsinə döyüblər.

İbtidai siniflər üçün əlavə yaz tətili başlayıb

1 May 2018 12:10

Mayın 1-dən Azərbaycanda ibtidai siniflər üçün əlavə yaz tətili başlayıb. Yaz tətili günləri 1-5 may tarixlərini əhatə edəcək.

Zərərçəkmiş şəxsin MTN-nin sabiq idarə rəisinə qarşı şikayəti əsasında məhkəmə başlayıb

1 May 2018 12:05

Bu gün Səbail Rayon Məhkəməsində zərərçəkmiş şəxs qismində tanınan Mətləb Mustafayevin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş İstintaq İdarəsinin sabiq rəisi, general-polkovnik Movlan Şıxəliyevə qarşı qaldırdığı iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Hakim Nürəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatlar dəqiqləşdirilib. Mövlan Şıxəliyev və onun vəkili prosesdə iştirak etməyib. Hakim deyib ki, cavabdehlərə bildiriş məktubu göndərilsə də, onlar məhkəməyə gəlməyiblər.

Ötmək istəyirdim, maşınıma girdi” - 6 nəfərin yaralandığı dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ - VİDEO 

1 May 2018 11:57

Daşkəsən rayonunda 6 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. Mikroavtobus Bayan kəndində "VAZ-2106" markalı avtomobillə toqquşub. Nəticədə Daşkəsən rayon sakinləri - mikroavtobusun sürücüsü, 54 yaşlı Zahid Allahyarov, onun sərnişinləri - 51 yaşlı Elşən Qurbanov, 53 yaşlı Zərqələm Verdiyeva, iki azyaşlı, "VAZ-21 06"nın sərnişini, 61 yaşlı Çapay Əliyev xəsarət alıblar. Zahir Allahyarov (zərərçəkən): "Mən Gəncədən çıxıb Daşkəsənə gedirdim. Yolda maşınları ötmək istəyirdim, biri mənim yoluma çıxdı və maşınıma girdi".