İlahiyyat İnstitutu BDU-nun İlahiyyat fakültəsində fəaliyyət göstərəcək
Yeni yaradılan Azərbaycan İlahiyyat İnstitutu Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsində fəaliyyət göstərəcək. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
1 May 2018 12:17 SosialYeni yaradılan Azərbaycan İlahiyyat İnstitutu Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsində fəaliyyət göstərəcək. Məlumata görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bu il İlahiyyat İnstitutuna qəbul keçiriləcəyini bildirib: "İnstituta 60 nəfər qəbul olunacaq. Hələlik İlahiyyat İnstitutu BDU-nun İlahiyyat fakültəsində fəaliyyət göstərəcək. Sonra isə instituta ayrıca yer verilməsi və yaxud ayrıca bir kampus tikilməsi məsələsi həll olunacaq".
Qeyd edək ki, fevralın 9-da Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılması haqqında sərəncam imzalayıb. Trend.az