İbtidai siniflər üçün əlavə yaz tətili başlayıb
Mayın 1-dən Azərbaycanda ibtidai siniflər üçün əlavə yaz tətili başlayıb. Yaz tətili günləri 1-5 may tarixlərini əhatə edəcək.
1 May 2018 12:10 SosialMayın 1-dən Azərbaycanda ibtidai siniflər üçün əlavə yaz tətili başlayıb. Yaz tətili günləri 1-5 may tarixlərini əhatə edəcək.
Qeyd edək ki, ümumtəhsil məktəblərinin 2017-2018-ci dərs ilinə aid tədris planlarına əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib: 5 gün payız tətili (16-20 noyabr); 5 gün qış tətili (27-31 yanvar). İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib. Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31