"Gürcü Arzusu" sabiq baş nazir İrakli Qaribaşvilinin bəyanatını tənqid edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcü Arzusu" partiyasının deputatı Zviad Şalamberidze keçmiş baş nazir İrakli Qaribaşvilinin məktubunu şərh edərək bildirib ki, fakt və arqumentlərlə əsaslandırılmayan bu cür bəyanatlar müxalifətə hakim komandaya qarşı istifadə üçün bəhanə verir. 

Şalamberidze vurğulayıb ki, keçmiş komanda lideri kimi Qaribaşvili bu cür məsələlərdə ikiqat məsuliyyət daşıyır. O, qəzet məqaləsinə istinad edilməsinin ciddi arqument sayılmadığını və bunun hüquqi addımlar atmaq üçün əsas ola bilməyəcəyini qeyd edərək, gələcəkdə hakimiyyətə zərər vuran oxşar bəyanatların verilməyəcəyinə ümid etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31