Paşinyan da Sərkisyanlaşdı
1 May 2018 12:23 Siyasətİnqilabçı lider Azərbaycanla hədə dilində danışır
Ermənistanda artıq bir aya yaxındır ki, davam edən daxili siyasi gərginlik hələ də öz həllini tapmır. Bu günlər erməni xalqının qəhrəmanına çevrilən Paşinyanın başlamış olduğu inqilabın hələlik müsbət sonluqla başa çatması və Ermənistanın cinayətkar rejiminə rəhbərlik edən Serj Sərkisyanın istefaya məcbur edilməsi düşmən ölkədə hakimiyyət boşluğu və idarəetmədə zəiflik yaratsa da, lakin yaxın günlərdə işğalçı ölkədə hakimiyyətsizlik sindromunun aradan qalxacağı istisna edilmir. Bu arada inqilabçı Paşinyanın Serj Sərkisyanın postunu tutacağı daha çox ehtimal edilir.
Ermənistanda kütləvi etiraz aksiyaları, hakimiyyət dəyişikliyi baş verəndə çoxları iddia edirdi ki, düşmən ölkədə hakimiyyətə gələcək yeni siyasi qüvvə Dağlıq Qarabağ məsələsində konstruktivliyə meyilli olacaq. Hətta işğal altında olan ərazilərimizin geri qaytarılacağına sadəlövhcəsinə də inanlar da vardı. Lakin proseslər bir daha sübuta yetirdi ki, düşmən ölkədə yaxşı erməni məhfumu yoxdur və ermənilərdə uşaqdan böyüyə hamısı türkə, Azərbaycana qarşı nifrət hissi ilə yaşayır. Elə Paşinyanın hələ heç bir səlahiyyət sahibi olmadan Bakıya ünvanlamış olduğu mesajı da belə dəyərləndirmək olar.
Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Əliyev deyir ki, düşmən Ermənistanda baş verən hadisələr ölkəmizdə də diqqətlə izlənilir, hadisələrin mümkün gedişləri barədə müxtəlif, bəzən bir-birinə zidd olan fikirlər səsləndirilir, proqnozlar verilir. Onun sözlərinə görə, hətta Serj Sərkisyanın devrilməsinin Dağlıq Qarabağ probleminin həllinə təkan verə biləcəyinə dair mülahizələr irəli sürülürdü: "Ermənistanda baş verən hadisələri izləyən bir çox xarici, eləcə də Azərbaycandakı, analitiklər Ermənistan parlamentində müxalifətin lideri Nikol Paşinyanın baş nazir seçiləcəyini düşünürlər, bu zaman onun vahid namizəd olduğuna əsaslanırlar". Partiya sədri deyir ki, Nikol Paşinyan baş nazir seçilərsə bunun Ermənistanın daxili və xarici siyasətində, o cümlədən Dağlıq Qarabağ probleminin həllində dönüş yaradacağını qeyd edənlər də var. Bəs reallıq nədən ibarətdir?
"Əvvəla Nikol Paşinyan ilkin mərhələdə Ermənistanın baş naziri seçilməyəcək. Çünki Ermənistan parlamentindəki qüvvələr nisbəti buna imkan vermir. "Batan gəmidən qaçan siçanların", quru mal təzəyi kimi daim "su üzərində qalmağı bacaranların". Daşnaqların- onların tərəfinə keçməsi də heç nəyi dəyişməyəcək. Hakim Respublikaçılar Partiyasından isə heç bir namizəd Paşinyana səs verməyəcək, ən yaxşı halda bitərəf qalacaq. Bu səbəbdən baş nazir seçkiləri ya təxirə salınacaq, ya da başqa, daha münasib şəxsin namizədliyi irəli sürüləcək". Teyyub Əliyev deyib ki, baş nazir seçkisinin baş tutmayacağı, mitinqlərin davam edəcəyi halda təxribat törədiləcək və Ermənistanda fövqaladə vəziyyət elan olunacaq: "İkinci, Nikol Paşiyanın və ya Obezyanın baş nazir seçiməsindən asılı olmayaraq Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu qeyri-konstruktiv mövqeyini nəinki dəyişməyəcək, hətta onu daha da sərtləndirəcək. Üçüncü, bəzi analitiklərin Qərb yönümlü Nikol Paşinyanın baş nazir olacağı təqdirdə Rusiyanın "Qərbin acığına", Ermənistanı cəzalandırmaq üçün Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həll edilməsində Azərbaycana mane olmayacağına dair fikirlərinin heç bir əsası yoxdur. Neçə illərin müşahidəsi göstərir ki, Birləşmiş Ştatlar başda olmaqla nə Qərb, nə də Rusiya-öz aralarında kəskin fikir ayrılıqlarına baxmayaraq- Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütölüyü çərçivəsində həll edilməsini istəmir. Ermənistanda nə baş verir versin-bu onların daxili işidir. Bizi maraqlandıran Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün bundan sonra Azərbaycanın hansı istiqamətlərdə fəaliyyət göstərəcəyi maraqlandırır. Dəfələrlə qeyd edildiyi kimi kiş-kiş deməklə dönuz-erməni- Dağlıq Qarabağdan çıxan deyil. Bunun üçün ən azı aprel hadisələrinin 2-3 dəfə təkrarlanmasına ehtiyac var. Bütün ümidimiz yalnız şanlı Azərbaycan əskərinədir".
Cənubi Qafqazda Sülhvə Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də Nikol Paşinyanın Azərbaycana ünvanlamış olduğu xəbərdarlıq mesajını təhlil edərkən bildirib ki, düşmən ölkədə kimin, hansı siyasi qüvvənin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Ermənistanda Azərbaycana qarşı olan düşmən münasibət dəyişməyəcək. Ona görə də boş və mənasız ümidlər etmək yersizdir: "Ermənistanda etiraz aksiyalarına rəhbərlik edən "Yelk" blokunun üzvü, müxalif depudat Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsi fonunda Azərbaycana qarşı səsləndirdiyi ifadələr, hakmiyyətə gələrsə onun Serj Sərkisyanın siyasətini davam etdirəcəyindən xəbər verir". Politoloq hesab edir ki, indiki halda ölkəmiz Avropa İttifaqı ilə diplomatik əlaqələri inkişaf etdirməli, Avropa Şurası Parlament Assambleyası ilə problemləri yoluna qoymalıdır. Çünki , növbəti Ermənistan hakimiyyəti Avropa ilə çox ciddi siyasi diplomatik əlaqələri möhkəmləndirəcək: "Nikol Paşinyan daima Dağlıq Qarabağın müstəqilliyini gündəmə gətirir. Ona görə də hesab edirəm ki, biz cəbhədə güclənməli, işğalçıların güclənməsinin qarşısın almalıdır". Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri hesab edir ki, Ermənistanı, yaxud bu ölkəni idarə edən istənilən hakimiyyəti yalnız hərbi güc tətbiq etməklə yola gətirmək olar. Əks halda düşmən ölkə heç bir kompromisə meyillilik göstərməyəcək: "Bu il ərzində Avropa ilə assosiativ müqaviləni imzalamalı, Ermənistanı Avropada üstələməliyik. Eyni zamanda Avropa İttifaqını Dağlıq Qarabağ danışıqlarında Azərbaycanı bundan sonrada tam dəstəklənməsinə çalışılmalıdır.
Füzuli