Mərmərədə Türkiyəyə məxsus iki gəmi toqquşub - Hələlik sağ qurtulan yoxdur (YENİLƏNİB)

Mərmərə dənizində iki yük gəmisinin toqquşmasından sonra qəza yerində ekipaj üzvlərinin axtarışı davam etdirilir. Hələlik heç kimi sağ olaraq aşkarlaya bilməmişik.

NTV telekanalının məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

Nazirin sözlərinə görə, toqquşmadan sonra Baş Axtarış-Xilasetmə Mərkəzi "Tuğberk İmamoğlu" gəmisi ilə radio rabitəyə çıxmağa çalışıb, lakin çağırışlara və mobil telefon zənglərinə cavab verilməyib.

"Batan gəmidə 10 dənizçimiz var. Hamısı Türkiyə vətəndaşıdır. Təəssüf ki, indiyədək heç kimi sağ olaraq aşkar edə bilməmişik", - deyə Uraloğlu açıqlamasında bildirib.

Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə yerinə Sahil Mühafizəsindən 8 kater və bir helikopter, Hərbi Dəniz Qüvvələri Komandanlığından bir gəmi, Sahil Təhlükəsizliyindən bir kater və çoxsaylı əməkdaş cəlb edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31