Fransa Rusiyanın müvəqqəti işlər vəkilini XİN-ə çağırıb-ÖZƏL

Fransa Xarici İşlər Nazirliyi Almaniyanın Leypsiq hava limanındakı dron hadisəsində Rusiyanı günahlandırmasından sonra Rusiyanın Parisdəki müvəqqəti işlər vəkilini çağırıb.
Olaylar.az xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Almaniyadan alınan məlumatlar əsasında Rusiyaya ən sərt etirazlarını çatdırmaq üçün diplomata çağırış göndərib.
Rusiya Prezidenti Vladimir Putin isə hadisəni Almaniyanın yeni anti-Rusiya qərarları ilə əlaqələndirib və bunu Berlinin öz xalqının maraqlarına zidd növbəti ciddi səhvi adlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31