Gündəm

“Azəriqaz” abonentlərin kütləvi cərimələnməsinə aydınlıq gətirdi

1 May 2018 12:56

“Azəriqaz” İstehsalat Birliyi Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlının sayğaclara müdaxilə adı ilə abonentlərin kütləvi cərimələnməsi ittihamına aydınlıq gətirib.  Qəhrəmanlı martda 5400, apreldə isə 20 minə yaxın abonentin cərimələndiyini demişdi.

Silahlı Qüvvələrə daxil olan vəsaitin məbləği açıqlanıb

1 May 2018 12:53

Silahlı Qüvvələrə Yardım Fonduna 1 may 2018-ci il tarixədək 90.425.728,04 AZN, 213.577,88 ABŞ dolları, 11036,0 avro və 5000,0 rubl vəsait daxil olub. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi yayıb.

Azərbaycan və Türkiyə arasında müdafiənin planlaşdırılması üzrə təcrübə mübadiləsi aparılır

1 May 2018 12:52

Azərbaycan Ordusunun nümayəndələri Türkiyənin paytaxtı  Ankara şəhərində  Azərbaycan və Türkiyə arasında “Müdafiənin planlaşdırılması və hərbi strategiya” mövzusunda əməkdaşlıq üzrə təcrübə mübadiləsində iştirak edirlər.

Bu avadanlıq və materiallar gömrük rüsumundan azad edildi

1 May 2018 12:50

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərara dəyişiklik edib. Məlumata görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

“Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirməlidir”

1 May 2018 12:48

“Bu adamlar açıq şəkildə Azərbaycan dövlətinin əleyhinə aparılan kampaniyanın iştirakçılarıdır. Onların bəzi beynəlxalq dairələrin təsirində olduğu da sirr deyil. Dövlətimizə, konkret olaraq, ölkənin prezidentinə təzyiq etmək üçün milli satqınlardan istifadə edilir”.

Azərbaycan efirində şok anlar: məşhur rəqassə yandı - VİDEO

1 May 2018 12:46

ARB TV-nin "Sayqa ilə" verilişində gərgin anlar yaşanıb. Belə ki, verilişə qonaq qismində dəvət olunan rəqqasə Simona Amirovanın saçları yanıb. Rəqs etdikdən sonra başındakı şamdanı masanın üzərinə qoymaq istəyərkən Simonanın saçları alovlanıb. Yerə yıxılan rəqqasəyə studiya işçiləri kömək edib.

Əmək Nazirliyi tərəfindən 90 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb

1 May 2018 12:37

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən 2018-ci il üçün əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlanılıb və 90 nəfər əlilliyi olan şəxs xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə Lənkəran rayonundakı istirahət mərkəzinə göndərilib.

Universitetdə TƏXLİYƏ - Tropik meyvəyə görə

1 May 2018 12:36

Avstraliyanın Melburn universitetində 500 tələbə və müəllim heyəti təxliyə edilib. Məlumata görə, təxliyəyə səbəb universitetin kitabxanasında kəskin qoxu gəlməsi olub. Rəhbərlik həmin qoxunun qaz olduğunu yəqin edərək təxliyə barədə qərar verib.

Milli Məclis Bayraq, Gerb, Himn haqqında Konstitusiya qanunlarını qəbul edib

1 May 2018 12:30

 Milli Məclisin mayın 1-də keçirilən plenar iclasında "Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanunu layihələri müzakirəyə çıxarılıb.

İtaliya millisinin yeni baş məşqçisi

1 May 2018 12:29

Bir müddət əvvəl Karlo Ancelottinin İtaliya millisini çalışdıracağı kimi xəbərlər yayılsa da bütün bu şaiyələrə son qoyulub.

Yusif Səfərov küçəsində hərəkət tam və ya qismən məhdudlaşdırılacaq

1 May 2018 12:28

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Xətai rayonu Yusif Səfərov küçəsinin, Neftçilər prospekti ilə kəsişməsindən Heydər Əliyev prospektinə doğru olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq 1 may 2018-ci il tarixində adı çəkilən ünvanda axşam saat 22:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq. 

Eksternat imtahanlarına sənəd qəbulu başa çatıb

1 May 2018 12:26

Eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat başa çatıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, tam orta təhsil səviyyəsi (XI sinif) üzrə eksternat imtahanlarında iştirak etmək üçün 378 ərizə qeydiyyata alınıb.