“Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirməlidir”

“Bu adamlar açıq şəkildə Azərbaycan dövlətinin əleyhinə aparılan kampaniyanın iştirakçılarıdır. Onların bəzi beynəlxalq dairələrin təsirində olduğu da sirr deyil. Dövlətimizə, konkret olaraq, ölkənin prezidentinə təzyiq etmək üçün milli satqınlardan istifadə edilir”.

"Bu adamlar açıq şəkildə Azərbaycan dövlətinin əleyhinə aparılan kampaniyanın iştirakçılarıdır. Onların bəzi beynəlxalq dairələrin təsirində olduğu da sirr deyil. Dövlətimizə, konkret olaraq, ölkənin prezidentinə təzyiq etmək üçün milli satqınlardan istifadə edilir".

Bu sözləri  açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı xaricdə ölkə əleyhinə kampaniya aparan şəxslər barədə fikirlərini bölüşərkən deyib.

O, AŞPA ilə bağlı fikirlərini də bildirib: "AŞPA Azərbaycan dövlətinin üzərində nəzarət həyata keçirə biləcək bir qurum deyil. Onların qəbul etdiyi qərarlar beynəlxalq akt sayılmadığı üçün heç bir hüquqi qüvvəyə də malik deyil. Avropanın ən inkişaf etmiş ölkələrində korrupsiya faktları var. Həmçinin də Qərbdə. ABŞ-da rüşvətxorluq faktları ilə bağlı dünyanın ən aparıcı mətbuat orqanlarında məlumatlar yayılıb. Söhbət rəsmi şəxslərin korrupsiya yolu ilə əldə etdikləri vəsaitlərdən gedir. Korrupsiya ilə mübarizə bütün ölkələrdə var. O cümlədən də, Azərbaycanda. Ölkə rəhbərliyi bunu rəsmi olaraq bəyan edib və bununla bağlı ölkədə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, həmçinin digər qurumlar fəaliyyət göstərir".

N. Orduxanlı rüşvət məsələsinin bütün dünyada olduğu kimi, Avropa Şurasına üzv olan ölkələrdə də cinayət sayıldığını xatırladıb. Qeyd edib ki, cinayət əməlinə yalnız hüquqi müstəvidə qiymət verilə bilər: "İndiki halda, əgər rüşvətlə bağlı hər hansı bir hadisə baş veribsə, o zaman rüşvət təklif edilən şəxs dərhal hadisənin baş verdiyi ölkənin hüquq-mühafizə orqanlarına müraciət etməli və faktı rəsmiləşdirməli idi. Əgər belə bir addım atılmayıbsa, o zaman rüşvət iddiaları birmənalı olaraq böhtan xarakterlidir və təbii ki, qarşı tərəf bu ittihamlara hüquqi qiymət verilməsi üçün müvafiq addımlar ata bilər. Yəni siyasi müstəvidə dilə gətirilən bütün cinayət ittihamları öz təsdiqini tapmırsa, o zaman bu ittihamları irəli sürənlər məsuliyyət daşımalıdırlar. AŞPA hansı qərar verməsindən asılı olmayaraq, Azərbaycan bu qurumda fəaliyyətini davam etdirməlidir. Beynəlxalq təşkilatlarda düşmənimiz Ermənistanı tək buraxa bilmərik. Unutmayaq ki, bizim Qarabağ kimi problemimiz var. AŞPA-nın Azərbaycana ikili standartları hər zaman müşahidə edilib".

Partiya rəsmisi AŞPA-nın Ermənistanla müqayisədə Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirdiyini nəzərə çatdırıb: "Ermənistanda siyasi hakimiyyət dəyişikliyi mülki şəxslərin, dinc mitinqçilərin zərər çəkməsi nəticəsində reallaşsa da, AŞPA və digər beynəlxalq təşkilatlar bunu sükutla qarşılayır. Xeyli sayda insan zərər görür, döyülür, yüzlərlə mitinqçi həbsə atılır, ölənlərin olduğu deyilir. Ancaq beynəlxalq qurumlar Ermənistanı "yarım azad" ölkələrin siyahısına daxil edir. Bunun özü artıq AŞPA-nın hansı prinsiplər üzrə çalışdığını ortaya qoyur". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31