Azərbaycan və Türkiyə arasında müdafiənin planlaşdırılması üzrə təcrübə mübadiləsi aparılır
Azərbaycan Ordusunun nümayəndələri Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan və Türkiyə arasında “Müdafiənin planlaşdırılması və hərbi strategiya” mövzusunda əməkdaşlıq üzrə təcrübə mübadiləsində iştirak edirlər.
1 May 2018 12:52 SiyasətAzərbaycan Ordusunun nümayəndələri Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan və Türkiyə arasında "Müdafiənin planlaşdırılması və hərbi strategiya" mövzusunda əməkdaşlıq üzrə təcrübə mübadiləsində iştirak edirlər. Bu barədə məlumat "OLAYLAR"-a Müdafiə Nazirliyindən daxil olub. Bildirilib ki, qardaş ölkənin Konya şəhərində isə "Anadolu Ankası - 2018" təliminin əsas planlaşdırma konfransı, eləcə də Birləşmiş Ştatların San-Antoniyo şəhərində "Təkmilləşdirilmiş ingilis dili təlimatçısı kursu" və İtaliyanın Potsuolli şəhərində "Tibbi dayanıqlıq" üzrə seminarlar keçirilir və Azərbaycan Ordusunun nümayəndələri həmin tədbirlərdə iştirak edirlər.