Macarıstan Aİ-dən cəriməyə görə kompensasiya tələb edəcək- ÖZƏL

Macarıstanın yeni hökuməti Aİ-nin miqrasiya qaydalarına əməl etmədiyinə görə tətbiq olunan gündəlik 1 milyon avro cəriməyə görə Avropa İttifaqından kompensasiya tələb etməyi planlaşdırır.
Baş nazir Peter Magyar bildirib ki, Budapeşt miqrasiya siyasətini dəyişmək niyyətində deyil və sərhədlərin qorunmasını davam etdirəcək. Olaylar.az xəbər verir ki, o, məsələni Avropa Xalq Partiyasının (EPP) lideri Manfred Veberlə görüşdə də müzakirə etdiyini açıqlayıb.
Magyar qeyd edib ki, Macarıstan yeni Aİ büdcəsi müzakirə edilərkən ödədiyi cərimənin kompensasiyasını tələb edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31