Gündəm

Fransa ATƏT-in Minsk Qrupunun həmsədrliyindən çıxarılmalıdır

15 Noyabr 2018 18:40

Tarixən ermənipərəsət mövqeyi ilə seçilən Fransa günümüzdə də bu siyasətinə sadiq qalaraq işğalçı ölkə ilə eyni sırada yer alır.

Deputat spikerdən xahiş etdi: “Nazirə deyin, bu adamları qəbul etsin”

15 Noyabr 2018 15:36

“Milli Məclisin qarşısına şəhid ailələri toplaşıb”.“Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov parlamentin iclasında deyib. Deputat Milli Məclisin sədri Oqtay Əsədovdan belə bir xahiş edib: “Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə deyin bu adamları bir-bir qəbul etsin. Və birdəfəlik başa salsın ki, bu adamlara “qanpulu” düşür, ya yox. Yoxsa, bu adamlar bizim hər dəfə qarşımızı kəsirlər, yalvarırlar, xahiş edirlər. Bu məsələni həll etmək lazımdır. Lazımdırsa, bununla bağlı bir komissiya yaradaq və biz məşğul olaq”.