Ermənistan Aİ-nin miqrant mərkəzinin ölkədə yerləşdirilməsi xəbərini təkzib etdi – ÖZƏL

Olaylar.az xəbər verir ki, Aİ ölkələrindən gələn qanunsuz miqrantlar üçün Ermənistan ərazisində saxlama mərkəzinin yaradılması ilə bağlı İrəvana heç bir təklif daxil olmayıb. Bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan İtaliya mətbuatının məlumatlarını şərh edərkən bildirib. "Bizə belə bir təklif daxil olmayıb, bu məsələ bizimlə müzakirə olunmayıb", - deyə Badalyan qeyd edib.

Qeyd edək ki, İtaliya mətbuatı Avqustun 4-də keçirilən Aİ Şurasının iclasında İtaliyanın üçüncü ölkələrdə miqrant mərkəzlərinin yaradılması təşəbbüsünü müzakirəyə çıxaracağını yazmışdı. Potensial ölkələr arasında Ermənistanla yanaşı Özbəkistan, Monteneqro, Misir və bir sıra Afrika dövlətlərinin də adı çəkilirdi. Bu təşəbbüs Aİ-yə üzv 22 ölkənin xarici sərhədlərin mühafizəsini gücləndirmək çağırışından sonra gündəmə gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31