Səudiyyəli prokuror Qaşıqçının qatillərinə edam istədi
15 Noyabr 2018 16:02 DünyaSəudiyyə Ərəbistanında jurnalist Camal Qaşıqçının qətli ilə bağlı işi aparan prokuror saxlanılan 11 nəfərdən 5-i barədə edam qərarı verilməsini tələb edib.
Bu barədə Türkiyə mətbuatı yazıb.
Qeyd edək ki, jurnalist Camal Qaşıqçı 2 oktyabrda İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluğuna girdikdən sonra yoxa çıxıb. Onun cəsədinin parçalara bölünərək turşu məhlulunda həll edildiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31