ABŞ Səudiyyə Ərəbistanının 17 təbəəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Səudiyyə Ərəbistanının 17 təbəəsinə qarşı jurnalist Camal Xaşkacini ölümü ilə əlaqədar sanksiyalar tətbiq edib.

Bu barədə sənəd ABŞ Maliyyə Nazirliyinin saytında yerləşdirilib.

Sanksiyalar ABŞ-ın insan hüquqlarını pozanlara qarşı tətbiq etdiyi Qlobal Maqnitskiy Aktı adlandırılan proqram çərçivəsində qəbul edilib.

Sanksiyalar həmçinin Səudiyyə Ərbistanının vəliəhdinin sabiq köməkçisi Səud əl-Katani və krallığın Türkiyədəki baş konsulu Məhəmməd əl-Otaybiyə qarşı tətbiq edilib.

Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31